Komitə sədri: “Ünvanlı sosial yardımın məbləği artırılmayacaq”
Növbəti ildə əhalinin aztəminatlı təbəqəsi üçün nəzərdə tutulan ünvanlı sosial yardımın həcmi artırılmayacaq. Bunu millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
17 Noyabr 2016 12:10 SosialNövbəti ildə əhalinin aztəminatlı təbəqəsi üçün nəzərdə tutulan ünvanlı sosial yardımın həcmi artırılmayacaq. Bunu millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Komitə sədrinin sözlərinə görə, bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı sosial siyasətlə bağlı həyata keçridiyi islahatlarla bağlıdır. Bu hal nəzərə alaraq 2017-ci ilin dövlət büdcəsində ehtiyac meyarının qaldırılması nəzərdə tutulmur. H.Rəcəbli deyib ki, ehtiyac meyarı qaldırılmasa da, yaşayış minimumu qalxacaq: "Ölkədə baş verən infilyasiyanı nəzərə alaraq gələn ilin büdcəsindən sosial müdafiə xərclərinin həcminin artırılması nəzərdə tutulur. Ayrılacaq xərclər sosial müavinətlərin, pensiyaların artırılmasına yönəldiləcək. Bununla yanaşı indiki infilaysiya şəraiti nəzərə alınaraq sosial müavinətlər və pensiyalar indeksasiya olunacaq". Qeyd edək ki, 2016-cı ildə dövlət büdcəsində ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib. 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.