Sumqayıtda yanğın baş verib

Sumqayıtda binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyi (FHN)  xəbər verir ki, şəhərin beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkan qəfəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 18:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31