“KİV və Diplomatiya Mərkəzi” İctimai Birliyi Qırğızıstanda dövlət qeydiyyatına alınıb
“KİV və Diplomatiya Mərkəzi” İctimai Birliyi Qırğızıstan Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçərək şəhadətnamə alıb.
15 Noyabr 2016 14:59 Sosial"KİV və Diplomatiya Mərkəzi" İctimai Birliyi Qırğızıstan Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçərək şəhadətnamə alıb. "KİV və Diplomatiya mərkəzi" İctimai Birliyinin sədri Nüsrət Məmmədov "Olaylar" a bildirib ki, birliyin əsas məqsədi Azərbaycan və qeyri türkdilli xalqların mədəniyyətini, dövlətçiliyini və bərabərhüquqlu siyasi xəttini təbliğ etməklə yanaşı, dünya mətbuatı üzərindən separatizmə qarşı təbliğat aparmaqdır. Birlik qarşısına dünyada baş verən hadisələrə Azərbaycan və qeyri türkdilli xalqların siyasətçilərinin fikrlərinin yalnız öz mediasında deyil, o cümlədən qlobal problemlərin həllində də onların fikir və təkliflərinin dünya mətbuatında təbliğatının aparılması, qlobal mövzularda beynəlxalq tədbirlərin keçirilməsi və beynəlxalq tədbirlədə separatizmin ifşa edilməsi, beynəlxalq qeyri-hökümət və dövlətlərarası təşkilatlarla əlaqələrin qurulması və birgə layihələrin keçirilməsi vəzifəsini qoyub. Bundan başqa, ölkə daxilində və xaricdə təhsil, səhiyyə, idman, ekologiya və digər vacib sahələrdə əlaqələrin qurulması ilə bağlı qlobal layihələrin həyata keçirilməsi, xarici KİV-lərdə çalışan peşəkar jurnalistlərin ölkələrimizdə ödənişsiz "master klass"ların təşkil etdilməsi, sağlam və təhlükəsiz həyat naminə həyata keçirilən fəaliyyətlərin dəstəklənməsi və stimullaşdırılması üzrə tədbirlərin təşkili, dünya mediasına çıxışı təmin etməklə mütəmadi jurnalistlərin təcrübə proqramı çərçivəsində treninqlərdə iştirakının təmin olunması birliyin qarşısına qoyduğu hədəflərdəndir. Onun sözlərinə görə, İctimai birlik jurnalistlərin Avropaya müxtəlif mədəni tədbirlərlə inteqrasiyasi, jurnalistlərin hər sahədə ayrı-ayrılıqda uğurlarının genişləndirib inkişaf etdirilməsi, gənc jurnalislərdə dövlətçilik hisslərinin aşılanması, Azərbaycan və qeyri türkdilli Dövlətlərinin Konstitusiyası və qanunları ilə qadağan edilməyən digər fəaliyyətlə də məşğul ola bilər. Xüsusən, Türk dünyası KİV-lәrinin birgә tәdbirlərini, ortaq yayınlarını, Türk dünyası Jurnalistlәr Birliyini yaratmaq ictimai birliyin prioritet vәzifәlәrindәndir: "Birlik Azərbaycan və qeyri türkdilli dövlətlərin prezidentinin, Azərbaycan və qeyri türkdilli Dövlətlərin Parlamentlərinin və bələdiyyələrin seçkilərində iştirak etmək hüququna malikdir. İctimai Birlik bütün dövlət qurumları və dünya Azərbaycan diaspora təşkilatları ilə əməkdaşlıq etməyə hazırdır və həmin dövlət qurumlarının təkliflərini gözləyir. "KİV və Diplomatiya mərkəzi" ictimai birliyinin bütün türkdilli dövlətlərdə filiallarının açılması nəzədə tutulur".