Aclığa səbəb olan qidalar

Bəzən, artıq çəkilərdən qurtulmaq üçün dietik hesab etdiyimiz qidalara üstünlük veririk. Araşdırmalar sübut edir ki, bu qidaların qəbulu tez acmanıza səbəb ola bilər. Belə olduğu təqdirdə tez bir zamanda artıq çəkidən əziyyət çəkəcəksiniz. Buğda unundan hazırlanan çörəklər insanın tez acmasına “kömək” edən qidalar içərisində birinci yerdədi. Qanda şəkərin sabitliyini pozulur və nəticə də siz tez acırsınız.

Bəzən, artıq çəkilərdən qurtulmaq üçün dietik hesab etdiyimiz qidalara üstünlük veririk. Araşdırmalar sübut edir ki, bu qidaların qəbulu tez acmanıza səbəb ola bilər. Belə olduğu təqdirdə tez bir zamanda artıq çəkidən əziyyət çəkəcəksiniz. Buğda unundan hazırlanan çörəklər insanın tez acmasına "kömək" edən qidalar içərisində birinci yerdədi. Qanda şəkərin sabitliyini pozulur və nəticə də siz tez acırsınız.

Həkim dietoloqlar çox zaman artıq çəkidən əziyyət çəkən insanlara yumurtanın özünü və ya ağını məsləhət görürlər. Əslində isə yumurtanın ağı yox, sarısı sizi tox tutan yeyəcəklər sırasındadı. Pendirin tərkibindəki kazein beyində heroin və morfiyə bənzər bir təsir yaradır. Yəni, yedikcə insan daha çox yemək istəyir. Pendiri yeyərkən doymaq istəyirsinizsə o zaman mütləq göyərti ilə birgə yeyin.

Tərkibi sadə karbohidratlarla zəngin olan suşi də aclıq yaradan qidalardandı. Mütəxəssislər qeyd edir ki, karbohidratlar bədəndə tez parçalanır və bu tez acmanıza səbəb olur.

Tərkibi bol şəkərlə zəngin olan hazır meyvəli yoqurtlar sizə hiss etmədən artıq çəki "qazandıra" bilər. Həkimlər daha sağlam qidalanmağınız üçün süzmənin içinə meyvə və quru meyvə əlavə etmənizi məsləhət görürlər. Meyvələrin vitamin və şəkər deposu olduğunu hər kəs bilir. Meyvə suyu hazırlanan zman meyvələr liflərdən azad olur. Bu zaman qanda şəkər yüksəlir və tez acmaya səbəb olur. Mütəxəssislər meyvə suyunun əvəzinə çoxlu meyvə yeməyinizi məsləhət görürlər.  Çəki problemi yaşamaq istəməyənlər duzlu qidalardan uzaq olmalıdılar. Araşdırmala görə bir çoxları susuzluğu aclıq hissindən fəqlənirə bilmirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31