Mənəviyyatı ayaq altına atanlara söz ardı

Yaxud hi ha ha-lar cəmiyyətə necə əzab verir? Öləndə elə ölək ki, İkimiz olsun. Bu olmasın, o olsun.

Yaxud hi ha ha-lar cəmiyyətə necə əzab verir?
Öləndə elə ölək ki,
İkimiz olsun.
Bu olmasın, o olsun.
O olmasın,
Toy olsun, bayram olsun.
Sevgililər bir ölsün
Eşq sevənlərin olsun...
Bu söz yığnağı bəstəkar, müğənni, birinci dərəcəli vokalist, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, indi isə şair olmağa çalışan Elza Seyidcahanın (Qasımova Elza Nuru qızı) "yaradıcılığından" bir nümunədir. Burada "şair olmağa çalışan" ifadəsi təsadüfən işlədilməyib. Məlumdur ki, şair olmaq üçün xüsusi istedad tələb olunur, onun üçün çalışmaq yox, zəhmət çəkmək kifayətdir ki, sözləri muncuq kimi düzə biləsən. Təəssüf ki, xanım müğənni-bəstəkar illərlədir çalışır ki, şair olsun, ancaq ağzından çıxardığı bişməmiş sözləri ilə qınaq obyektinə çevrilir. Maraqlı məqam ondan ibarətdir ki, bu qınaqdan nəticə çıxarmaq, özünütərbiyyə etmək əvəzinə, daha da ruhlanaraq şit-şit "şerlərini" telekanallar vasitəsilə ictimailəşdirir. Saatlarla milli-mənəvi dəyərlərdən söz açan telekanallar isə Elzanın cızmaqaralarını yaymaqdan ötrü sanki yarışa giriblər. Düzdür, tamaşaçı dərhal hiss edir ki, aparıcılar bunu məzələnmək məqsədilə edirlər, ancaq bütün halda elə seyrçi kütlə var ki, belə verilişlərin təsirindən aylarla narahatçılıq keçirilər. Bu kateqoriyaya ölkədə kifayət qədər tanınmış şair və yazıçıları, müğənni və bəstəkarları aid etmək olar. Məsələn, mən heş cür təsəvvür edə bilmirəm ki, özünə hörmət edən hansısa bəstəkar Elzanın "Yenə o bağ olaydı" "əsərindəki" hi ha ha-ya haqq qazandırsın. Axı, bu bəşəri hikmət xəzinəsinə kifayət qədər gözəl əsərlər təqdim etmiş dahi Azərbaycan şairi Mikayıl Müşfiqin ruhuna təhqirdir. Məyər bu, milli-mənəvi dəyərlərə hörmətsizlik deyilmi? Elə isə nədən telekanllarımız xanım bəstəkara dəyərlərimizi təhqir etməkdə yardımçı olurlar? Məncə artıq, susmaq yeri deyil. Çünki ilk dəfə hi ha ha-lar ekrana yol açanda düşünmək olardı ki, bəstəkar nə isə maraqlı bir əsər axtarışına çıxıb. Ancaq bunun davamlı, özü də bir-birindən biabırçı vəziyyətdə davam etdirilməsi artıq "bıçağın sümüyə dirənməsi" anlamına gəlir. Necə deyərlər, kor tutduğundan əl çəkmədiyi kimi, Elza Seyidcahan da zövqləri korlamaq, mənəviyyatı təhqir etməkdən usanmır. Onu da qeyd edək ki, Elza Seyidcahan səviyyəsiz musiqi və şerlərini bəh-bəhlə cəmiyyətə təqdim etməkdən zövq alır. Qəribədir ki, ətrafında olan tatnınmış, hörmətli ziyalılar isə heş "tellrini darağa da vermirlər". Məsələn, "şair-bəstəkarın" YouTube-də "Bığ" şerinin təqdimatına baxmaq kifayətdir ki, real mənzərə bəlli olsun. Adam həmin şerə qulaq asdıqdan sonra kişiliyinə, bığına nifrət edir. Ətrafdakı "ziyalılar" isə özlərini elə göstərirlər ki, sanki dühaların dərin mənalı şerlərini dinləyərək zövq alırlar. Ancaq elə şeylər var ki, onlar Elza üçün əyləncə mənbəyi olsa da əsil kişilər üçün toxunulmazdır. Çünki heç bir qadına ixtiyar verilmir ki, "bığlı kişi, bığını qırx, bil işini" deməklə kişilərə məsləhət versin. "Seksi" mahnısı ilə gülüş hədəfinə çevrilən bir qadının belə bir məsləhət verməyə mənəvi haqqı yoxdur. "Soxasox" şerindəki "soxasoxdur sizə yoxdur", dollara ithaf etdiyi şerindəki "sən oğlansan, ya qızsan" tapıntıları əlbətdə onun mənəviyyatı barədə real mənzərəni ortaya qoymuş olur. 
Ümumiyyətlə Elza avanqard görünüşü nümayiş etdirməkdə maraqlı görünür. Guya geyim, danışıq, ifa tərzilə fərqlilik nümayiş etdirir. Əslində isə onun təkcə saç yığımı "fantaziyaları" özü və düşüncə tərzi barədə çox şeylər deyir. Real həyatdan uzaq olan bu xanım lahihələrini göylərdə reallaşdırmağa çalışır, flora, faunaya ithaf edir, heyvanlar üçün konsertlər təşkil edir. Qəribədir ki, bu düşüncə tərzi ilə də olduqca ciddi musiqi yarışmalarında münsiflər heyətində əyləşir. Bununla kifayətlənməyən xanım bəstəkar artıq siyasətçi olmaq eşqinə düşüb, deputat olmaq istəyir. Allah millətin dəyərlərini belələrindən qorusun. Qorx ki, bu siyasi yarışmada da mənəvi dəyərlər ayaq altına atılsın. 

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31