Azərbaycanda Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır

Azərbaycanda Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır. Bu, Milli Məclisin Gənclər və idman komitəsinin iclasında müzakirəyə çıxarılan “Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişiklərdə öz əksini tapıb.

Azərbaycanda Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır. Bu, Milli Məclisin Gənclər və idman komitəsinin iclasında müzakirəyə çıxarılan "Gənclər siyasəti haqqında" qanuna əlavə və dəyişiklərdə öz əksini tapıb. Qanuna əlavə edilən 10.4-cü maddədə bildirilir ki, gənclər siyasətinin həyata keçirilməsinə nəzarət, problemlərin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı yanında Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir və tərkibinə bilavasitə gənclər siyasəti ilə məşğul olan mütəxəssislər, gənclər təşkilatlarının nümayəndələri, istedadlı və yaradıcı gənclər daxil edilir. Gənclərin Problemləri üzrə Ekspert Komissiyasının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31