Türkiyədə Bakı Uşaq Teatrına xüsusi maraq
Hazırda Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsində olan Bakı Uşaq Teatrının kollektivi Türkiyədə XI Beynəlxalq Bilecik Teatr festivalında iştirak edir. İstanbulda festivalın açılış mərasimində Türkiyənin Mədəniyyət və Turizm naziri Nabi Avcı ilə eyni mükafata -"Kristal Çinar" mükafatına layiq görülən İntiqam Soltan və teatrın kollektivi Bilecikdə də xüsusi maraqla qarşılanıb.
15 Noyabr 2016 13:17 SosialHazırda Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsində olan Bakı Uşaq Teatrının kollektivi Türkiyədə XI Beynəlxalq Bilecik Teatr festivalında iştirak edir. İstanbulda festivalın açılış mərasimində Türkiyənin Mədəniyyət və Turizm naziri Nabi Avcı ilə eyni mükafata -"Kristal Çinar" mükafatına layiq görülən İntiqam Soltan və teatrın kollektivi Bilecikdə də xüsusi maraqla qarşılanıb. Belə ki noyabrın 14-də Bilecik Şeyx Edebalı Universitetində Bakı Uşaq Teatrının kollektivi ilə görüş keçirilib. Universitetin teatr və səhnə sənətləri klubunun təşkil etdiyi görüşdə tələbələr Azərbaycan, Azərbaycan teatrı, aktyor, rejissor, ssenaristlik sənəti haqqında ən müxtəlif suallarına cavab alıblar. Görüşdə Bakı Uşaq Teatrının aktyorlarının ifasında şeirlər və mahnılar səslənib. Tələbələr Bakı Uşaq Teatrının festivalda nümayiş olunacaq "Vətən" və "Sıravi Dursun" tamaşalarına dəvət olunublar. Daha sonra teatrın kollektivi Biıecik Bələdiyyəsinin təşkilatçılığı ilə Şeyx Edebalı türbəsini, Bilecik Osmanlı Padşahları tarix muzeyini, saat qülləsini və Bələdiyyə sarayını ziyarət ediblər. Festival çərçivəsində tədbirlər davam edir.