Dibaetli olmamaq üçün
Son günlər ən çox bəhsi keçən xəstəliklərdən biri də şəkərli diabet xəstəliyidi. Əvvəllər yaşlı nəsildə rast gəlinən xəstəlik, son zamanlar daha çox uşaqlarda təsadüf olunur. Bir çox valideynlər həkimlərə bu sualla müraciət edirlər: Bunun qarşısını almaq mümkündürmü?
14 Noyabr 2016 23:00 SosialSon günlər ən çox bəhsi keçən xəstəliklərdən biri də şəkərli diabet xəstəliyidi. Əvvəllər yaşlı nəsildə rast gəlinən xəstəlik, son zamanlar daha çox uşaqlarda təsadüf olunur. Bir çox valideynlər həkimlərə bu sualla müraciət edirlər: Bunun qarşısını almaq mümkündürmü?
Əgər ailənizdə diabetli xəstə varsa, sizdə də bu xəstəliyin olma ehtimalı var. Tibb sübut edir ki, ailənizdə iki şəkərli xəstə varsa, siz mütləq qidanıza diqqət etməlisiniz. Sağlam şəkildə qidalanmanız bu xəstəliyə tutulma ehtimalınızın az olcağına işarədi. Diabet sizi əvvəlki yaşam tərzinizdən uzaq edəcək və bunun sizin üçün nə qədər çətin olacağı indidən anlaşılır. Lakin, yaşamaq sevgisi hər şeydən üstündü!
Yeyəcəyiniz qidaların içərisindən şəkərli qidaları uzaq saxlayın. Əks təqdirdə şəkər qana daxil olur və qan şəkəriniz yüksəlməyə başlayır. Bəzi qidaların sağlam şəkildə qəbulu üçün tərkiblərində insulin harmonları olur. İnsulin və şəkər birgə çalışırlar. Şəkərin hüceyrə içində olmasına səbəb olur və enerji verir. Diabetli xəstələrdə insulin və şəkər qarışımının birgə çalışmasında problem olur. Bədəndə insulin ya yetəri qədər olmur, ya da düzgün çalışmır. Qlükoza hüceyrə içində həll olunmur və qanda toplanır. Bu zaman qan şəkəri yüksəlir. Üç cür şəkərli diabet var:
1. Mədəaltı vəz də çox az insulin var və ya heç yoxdu. Bu səbəbdən də insulin kənardan alınır. Əsasən uşaq yaşlarda meydana çıxır.
2. Bu növ diabetə tez - tez rast gəlinir. Adətən 40 yaşından sonra bu diabetə tutulma ehtimalı var. Artıq çəki, hərəkətsiz yaşam, pis qidalanma daha tez diabetə yaxalanmağa səbəb olur.
3. Gestasional diabet. Bu diabet adətən hamilə qadınlarda rast gəlinir və hamiləlik dönəmi həkim nəzarətində olduqda, doğuş sonrası müayinələrdə çıxmır. Amma sonrakı yaşlarda yenidən rastlana bilinər.
Əgər diabetli xəstə olmaq istəmirsinizsə aşağıdakılara mütləq əməl etməlisiniz.
Kökəlməyin: Artan hər bir kilo sizi diabetə "dəvət" edir.
Hər gün mütləq piyada gəzin: Gün ərzində hərəkətli olmağa çalışın. Hərəkətsiz yaşam sizing hər an şəkərli diabet olmanıza işarədi.
Şiriniyyata üstünlük verməyin: Əgər şirniyyatı çox sevirsinizsə, şəkərsiz bişirilən təamlara üstünlük verin.
Tərkibi liflə zəngin olan qidaları qəbul edin: Taxil, tərəvəz və yuylaf sizə kömək edə bilər.
Proteinə üstünlük verin: Həftədə 3 gün balıq , 2 gün qırmızı ət, 1 - 2 gün toyuq, 1 - 2 gün isə paxlalı məhsullar yeməyə çalışın.
Hər yeməkdə yanınızda bir kasa qatıq, günorta və axşam yeməklərində isə ayrandan istifadə etməniz məsləhətdi.
Ağ unu buğda unu ilə əvəz etməniz sağlamlığınız üçün önəmlidi.