Özbəkistan Dövlət Tarix Muzeyində "Azərbaycan pavilyonu"nun açılışı olub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyində "Azərbaycan pavilyonu"nun açılışı olub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyində "Azərbaycan pavilyonu"nun açılışı olub.

Qeyd edək ki, Daşkənddəki Dövlət Tarix Muzeyi ölkənin ən böyük Muzeyi hesab hesab olunur və Özbəkistanın ən qədim dövrdən müasir dövrə qədər tarixini özündə əks etdirir.

Naxçıvanda əhaliyə göstərilən səyyari xidmət daşınmaz əmlakın qeydiyyatını sadələşdirib

Özbəkistan Dövlət Tarix Muzeyində "Azərbaycan pavilyonu"nun açılışında bu ölkənin elm, təhsil, mədəniyyət sahəsi üzrə tanınmış şəxsləri, ictimaiyyət nümayəndələri, jurnalistlər, Daşkənddəki azərbaycanlılar, Azərbaycan Səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru, professor Cənnət İsmayılova Azərbaycanın Özbəkistan üçün böyük əhəmiyyət daşıdığını və iki xalq arasında dil, mədəniyyət, din, adət və ənənələr və başqa sahələrdə bağlılığın, oxşarlığın çox olduğunu qeyd etdi. Azərbaycan mədəniyyətinin, musiqisinin, ədəbiyyatının çox zəngin olduğunu qeyd edən Cənnət İsmayılova Tarix Muzeyində açılşı edilən "Azərbaycan Qafqazın dürdanəsi" adlı pavilyonundan Özbəklərə qardaş Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti, turizmi, adət və ənənələri, ədəbiyyatı haqqında dolğun məlumat əldə edəcəklərinə inandığını söylədi.

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən pavilyonun əhəmiyyətindən danışaraq, təşkil olunan guşədə Azərbaycanın zəngin dövlətçilik tarixi, mədəniyyəti, füsunkar təbiəti, turizm resurslarını, adət və ənənələrinin nümayiş etdiriləcəyini qeyd etdi. Samir Abbasov Heydər Əliyev Fondunun dünyada Azərbaycanın tanıdılması ilə bağlı həyata keçirdiyi layihələrdən danışaraq, Daşkənddə təşkil edilən Azərbaycan pavilyonunda ilk dəfə olaraq ziyarətçilər dünyada ilk insan yaşayış məskənlərindən olan Qafqazın ən gözəl ölkəsi olan Azərbaycanın bütün sahələri ilə yaxından tanış olmaq imkanı əldə edə biləcəklərini vurğuladı.

Çıxış edən digər natiqlər Özbəkistan Milli Elmlər Akademiyasının departament rəhbəri Şerzod Curayev, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov iki xalq arasında tarixi dostluq, qohumluq əlaqələri, Azərbaycan mədəniyyəti, ədəbiyyatının Özbəkistana təsiri, dövlətlər arasında strateji əməkdaşlıq barədə məlumat verərək, "Azərbaycan Qafqazın dürdanəsi" adlı pavilyonunun yaradılmasının təşəbbüskarı və təşkilatçısı olan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürlərini bildirdilər.

Açılış mərasimində Özbəkistanın tanınmış sənətçiləri Azərbaycan mahnılarını oxumuş, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamlı milli rəqslərimizi ifa ediblər.

Daha sonra sərginin rəsmi açılışı olmuşdur. Açılışda iştirakçılar "Azərbaycan pavilyonu" ilə tanış oldular, onlara milli mədəni irsimizə dair müxtəlif bölmələrdə nümayiş etdirilən eksponatlar haqqında məlumat verildi.

Qeyd edək ki, "Azərbaycan Qafqazın dürdanəsi" adlı pavilyonunda ölkəmizin tarixi, dövlətçiliyi, xəritələri, Azərbaycanın müxtəlif regionlarında ipəkdən və yundan hazırlanmış xalçalar, Azərbaycanın tarixi abidələrinin əsasında hazırlanmış maketlər, müxtəlif milli musiqi alətləri - tar, saz, qabal, balaban, zurna və s. nümayiş etildirilir. Pavilyonda Azərbaycanın Qarabağ diyarının milli qadın və kişi geyimləri, habelə ölkəmizin qədim tarixinə dair bir sıra muzey eksponatları sərgilənir.

Pavilyonda nümayiş etdirilən Azərbaycan kəndlisinin ənənəvi evi iştirakçıların böyük marağına səbəb olub. Azərbaycan evi milli ornamentlər əsasında hazırlanmışdır və evdə uşaq beşiyi, məişət əşyaları, jun əyirən cəhrə, çay süfrəsi, habelə Azərbaycan kəndlisinin istifadə etdiyi kənd təsərrüfatı alətləri, lavaş və çörək bişirilməsi üçün təndir iştirakçıların böyük marağına səbəb olub.

Sərgidə ikitərəfli əməkdaşlığa dair unikal kitablar, xəritələr, habelə ölkəmizin turizm resurslarına dair ayrıca bölmə yaradılmışdır.

Bölmədə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində son zamanlar nəşr olunan kitablar, habelə hazırlanan ölkəmizin turizm resurslarına dair videoçarx nümayiş etdirilir.

Özbəkistan Dövlət Tarix Muzeyində yaradılan "Azərbaycan pavilyonu"nun cari il dekabrın 31-nə qədər fəaliyyət göstərəcəkdir və sonda ölkəmizin tarixinə və mədəniyyətində dair bir neçə eksponat Muzeyə bağışlanacaqdır.

"Azərbaycan pavilyonu" ilə Özbəkistanın Daşkənddəki Universitetlər, bir sıra orta məktəblərin tələb və şagirdləri, yaradıcı təşkilatların əməkdaşları, xarici ölkələrin səfirliklərinin diplomatlarının tanış olması nəzərdə tutulub.

Sonda ziyarətçilər Azərbaycan milli şirniyyatlarına qonaq ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31