Dünyada 415 milyon insan şəkərli diabetdən əziyyət çəkir
Bu xəstəliyin yaranma səbəbi nədir? Dünyada hal-hazırda 415 milyona yaxın şəkərli diabet (ŞD) xəstəsi var. 2040-cı ildə bu sayın 642 milyon olması ehtimal edilir. Bu isə o deməkdir ki, dünyada hər 11 nəfərdən biri şəkərli diabetlə xəstədir. 75% ŞD xəstə olan böyük insanlar aşağı və orta gəlirli ölkələrdə yaşayır, qlobal səhiyyə xərclərinin 12% şəkərli diabet xəstəliyinə xərclənir, qlobal səhiyyə xərclərinin 673 milyard ABŞ dolları ŞD-in ağırlaşmalarına xərclənir.Azərbaycanda 2016-cı il üçün son hesablamalara əsasən 212 577 nəfər şəkərli diabetlə xəstə insanın olması rəsmi qeyd edilir. Onlardan tip1 ŞD 28924 nəfər, tip 2 ŞD 183653 nəfərdir. 2016-cı il üçün dövlət büdcəsindən ŞD-lə bağlı dövlət proqramına 40,1 mln. manat vəsait ayrılıb.
14 Noyabr 2016 13:02 SosialBu xəstəliyin yaranma səbəbi nədir?
Dünyada hal-hazırda 415 milyona yaxın şəkərli diabet (ŞD) xəstəsi var. 2040-cı ildə bu sayın 642 milyon olması ehtimal edilir. Bu isə o deməkdir ki, dünyada hər 11 nəfərdən biri şəkərli diabetlə xəstədir. 75% ŞD xəstə olan böyük insanlar aşağı və orta gəlirli ölkələrdə yaşayır, qlobal səhiyyə xərclərinin 12% şəkərli diabet xəstəliyinə xərclənir, qlobal səhiyyə xərclərinin 673 milyard ABŞ dolları ŞD-in ağırlaşmalarına xərclənir.
Azərbaycanda 2016-cı il üçün son hesablamalara əsasən 212 577 nəfər şəkərli diabetlə xəstə insanın olması rəsmi qeyd edilir. Onlardan tip1 ŞD 28924 nəfər, tip 2 ŞD 183653 nəfərdir. 2016-cı il üçün dövlət büdcəsindən ŞD-lə bağlı dövlət proqramına 40,1 mln. manat vəsait ayrılıb. Diabetin göz, ürək qan-damar, böyrək, sinir sisteminə təsiri nəticəsində ağır problemlər meydana çıxır. Korluq, infarkt, miokard, insult, böyrək hemodializi, ayaq amputasiyası erkən əlilliyə və ölümə səbəb olur. Diabeti olan insanlarda ürək qan damar xəstəliyindən və insultdan 2-3 dəfə, korluqdan - 10 dəfə, nefropatiyadan-12-15 dəfə və s. ölüm halı müşahidə edilə bilər. Şəkərli diabet ölüm hallarına görə 4-cü yeri tutur. Belə olan halda ancaq erkən diaqnoz və erkən müdaxilə korluğun qarşısını ala bilər. ŞD zamanı ilkin tibbi xidmətin düzgün təşkili bu problemin həllində mühüm rol oynayır. İlkin tibbi xidmət zamanı göz və göz dibi vəziyyətindən asılı olaraq ildə iki dəfə müayinə olunmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu kədərli statistikaya Ümumdünya Diabetə Qarşı Mübarizə Günü münasibətilə diqqəti cəlb edir. Məqsəd - qlobal miqyasda, bütün dünyada diabet xəstəliyinə tutulma hallarının artması barədə və bu xəstəliyin inkişafının qarşısını almağın mümkün yolları barədə əhalini məlumatlandırmaqdır. Beynəlxalq Diabet Federasiyası və DST tərəfindən təsis edilmiş bu gün noyabrın 14-də 1922-ci ildə diabet xəstəliyinə tutulmuş insanların həyatını xilas edən insulin adlı dərmanın kəşfində Çarlz Bestlə bərabər həlledici rol oynamış Frederik Bantinqin doğum günündə qeyd edilir. Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Diabetli xəstələrin sayı, xüsusilə də inkişaf etmiş ölkələrdə durmadan artır. Hesab olunur ki, ölkədən asılı olaraq əhalinin 2-10%-i şəkərli diabetlə xəstədir. Bəs bu xəstəlik nədən yaranır?
Ekspertlərin məlumatına görə, diabet, xroniki insulin çatışmazlığından əmələ gəlir. İnsulin hormon olub mədəaltı vəzin Langerhans adacıqlarında yaranır. Bu xəstəlik düzgün qidalanmadıqda və daha çox karbohidrat qidalarına üstünlük verməklə də yaranır. Diabetli qohumu olan şəxslərdə bu xəstəliyin əmələ gəlmə riski daha yüksəkdir. Əgər valideynlərdən biri xəstədirsə, şəkərli diabetin əmələ gəlmə riski 3%-9%-ə qədərdir. Bədən çəkisinin artıqlığı və piy toxumasi miqdarının, xüsusilə qarın nahiyəsində çoxluğu (abdominal tip) orqanizm toxumalarının insulinə həssasliğını azaldır ki, bu da şəkərli diabetin əmələ gəlməsini asanlaşdırır.
Çoxlu miqdarda karbohidratlı və sellüloza çatişmazliği olan qidaların qəbulu piylənməyə və şəkərli diabetin artmasına gətirib çıxarır. Stress halları qanda ketaxolaminlərin (adrenalin, noradrenalin), qlukokortikoidlərin artmasına səbəb olur ki, buda şəkərli diabetin inkişafina şərait yaradır. Ateroskleroz, ürəyin işemik xəstəliyi, arterial hipertoniya uzun müddət davam etdikdə toxumaların insulinə həssaslığinı azaldır. Bəzi dərman preparatları diabetin əmələ gəlməsinə səbəb ola bilir. Bura sintetik qlukokortikoid hormonlari, sidikqovucu preparatlar, xüsusi ilə tiazid diuretikləri, bəzi hipotenziv preparatlar ve şişə qarşı dərman maddələri aiddir. Autoimmun xəstəliklər də (autoimmun tiroidit, böyrəküstü vəzin çatışmamazlığı) şəkərli diabetin yaranmasına şərait yaradır. Qanda şəkərin ac qarına səhər 3.3 mmol/l-6.1mmol/l (59-110 mq%) arasında olması norma sayılır. Qlükozanın miqdarının acqarına 110 mq%-dən yuxarı olması şəkərli diabetin olmasını göstərir. Diabetin diaqnozunun təsdiq edilməsi üçün digər günlərdə qlükoza qanda təyin olunmalı və lazım olarsa qlükozaya tolerantlıq testi keçirməli və qanda qlikoqemoqlabin təyin olunmalıdır.
Bəs, şəkərli diabetdən necə qorunmaq olar? Məlumat üçün qeyd edək ki, həkimlər tez-tez belə bir ifadə istifadə edir: "diabet xəstəlik deyil, həyat tərzidir". Bu o deməkdir ki, insan müəyyən qaydalara əməl etdikdə, xəstəliyin onun həyatına olan mənfi təsirini minimuma çatdıra bilər. Lakin əgər xəstə bu qaydalara əməl etməzsə və şəkərin səviyyəsi onun qanında daim yüksək olarsa, orqanizmin bir çox orqan və sistemlərində (böyrəklər, gözlər, qara ciyər, ürək-damar, sinir sistemi və s.) müxtəlif ağır pozulmalar inkişaf edəcək. Şəkərin qanda çox yüksək səviyyədə olması komaya səbəb ola bilər. Pəhriz şəkərli diabet xəstələrin müalicəsində ən önəmli rollardan birini oynayır. Hətta ən müasir dərmanları qəbul edən, lakin pəhriz saxlamayan diabet xəstəsi heç zaman öz xəstəliyinə lazım olan səviyyədə nəzarət edə bilməz. Xəstə mütləq və dəqiq bilməlidir, hansı qidaları qəbul edə bilər, hansı qidaları - yox və bu qaydalara ömrünün sonuna kimi ciddi riayət etməlidir. Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi ilə şəkərin səviyyəsini normada saxlamaq mümkündür. Beləliklə, şəkərli diabet xəstəliyi olan insan qidalanmada bu kimi ümumi qaydalara riayət etməlidir: Ac qalmaq olmaz. Bu qanda şəkərin kəskin enməsinə səbəb ola bilər ki, bunun nəticəsində xəstə koma vəziyyətinə düşə bilər. Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.Adi şəkər və fruktoza qidalanmadan tam çıxarılmalıdır. Tərkibində şəkər və fruktoza olan qənnadı məmulatları da belə xəstələr üçün əks-göstərişdir. Nəzərinizə çatdıraq ki, dükanlarda satılan xüsusi diabetik məhsulları arasında tərkibində fruktoza olan mallar da var. Hal hazırda fruktoza da diabet xəstələri üçün uyğun məhsul sayılmır. Tərkibində xüsusi şəkər əvəzediciləri olan (sorbit, ksilit, aspartam, saxarin və s.) məhsullar da şəkərli diabet xəstələri üçün tam ziyansız adlandırmaq olmaz. Bu məhsullar kiçik miqdarlarda və yalnız nadir hallarda qəbul edilə bilər. Konfetlər, peçenye, mürəbbə, djem, şokolad, dondurma qidalanmadan çıxarılır. Bal çox faydalı məhsuldur. Lakin diabet xəstələri bu məhsuldan imtina etməlidir.Yağlı və qat-qat xəmirdən hazırlanmış un məmulatları (bulka, pirojki, pirojnalar və s.), yağlı kremlərlə olan tortlar və pirojnalar, milli şirniyyatlarımız qəti şəkildə əks-göstərişdir.Təbii meyvə şirələri qidalanmadan tam çıxarılmalıdır. Dükanlarda satılan və hətta bağlamada "şəkərsiz" yazısı olan şirələri də qəbul etmək olmaz. Meyvələri gün ərzində 200-300 qr olmaqla qəbul etmək olar. Meyvə və giləmeyvələri (şirin olmayan alma, portağal, narıngi, nar, heyva, qarağat, albalı) əsas qida qəbullardan ayrı, qida qəbulları arasında yemək olar. Banan, üzüm, əncir, xurma, yemiş, quru meyvələr qidalanmadan çıxarılır. Makaron, sıyıqları (manna sıyıqdan əlavə) qəbul etmək olar. Makaron yalnız buğdanın bərk növlərindən ("из твердых сортов пшеницы") ola bilər. Sıyıqların arasında qarabaşaq və yulaf yarmasından hazırlanmış sıyıqlar xüsusilə xeyirlidir. Ət, toyuq, balıq şəkərli diabet xəstənin pəhrizində mütləq olmalıdır. Lakin onlar yağsız olmalıdır. Yağlı ət bulyonları qidalanmadan çıxarılmalıdır. Toyuğun dərisini yemək olmaz.1 həftədə 2 yumurta (bişmiş və ya omlet şəklində) qəbul etmək olar. Kolbasa, sosiska və s. bu kimi məhsullar (hətta ən az yağlı növləri) qidalanmadan tam çıxarılır.Süd məhsulları (süd, kəsmik, kefir, qatıq, pendir) arasında yalnız yağlılığı az olanları seçmək lazımdır. Xama, qaymaq, mayonez, marqarin kimi məhsullar qidalanmadan çıxarılır. Kərə yağı yalnız çox kiçik miqdarlarda qəbul etmək olar.Bitki yağları (zeytun, qarğıdalı, günəbaxan) qəbul etmək olar. Lakin onların qəbulu da gündə bir neçə xörək qaşığına kimi məhdudlaşdırılır.Bütün qidalar suda bişmiş və ya buğda hazırlanmış şəkildə olmalıdır. Qızarmış qidaları qəbul etmək olmaz. Duzlu, acı, konservləşdirilmiş, hisə verilmiş qidalar qidalanmadan çıxarılır.Tərəvəzləri hər qida qəbulunda yemək olar. Kartofun qəbulunu kəskin məhdudlaşdırmaq lazımdır. Xiyar, yunan qabağı, badımcan, kələm, göbələk, soğan, pomidor, göyərti xeyirlidir. Spirtli içkilər şəkərli diabet xəstələri üçün əks-göstərişdir. Qara çörək qəbul etmək olar. Ağ çörək əks-göstərişdir.
Nurlan