Yasamal rayon gəncləri mükafatlandırıldı
Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailərinin üzvləri ilə görüşlərinin təşkili” layihəsi çərçivəsində növbəti tədbirini "Premier Expo" otelində təşkil edib.
11 Noyabr 2016 16:19 SosialGənclərin "Tənhalara Dayaq" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailərinin üzvləri ilə görüşlərinin təşkili" layihəsi çərçivəsində növbəti tədbirini "Premier Expo" otelində təşkil edib.
Qeyd edək ki, layihənin başlıca məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, vətənə sevgi aşılamaq, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına yardım göstərməkdir. Layihə çərçivəsində gənclərin milli vətənpərvərlik ruhunda təlim-tərbiyəsi məqsədi ilə inşa müsabiqəsi keçirilib. Tədbirdə inşa müsabiqəsində Bakı şəhərinin Yasamal rayonu üzrə qalib seçilən 30 gəncə diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Tədbirdə Nərimanov Rayon Polis İdarəsi rəisinin şəxsi heyəti iş üzrə köməkçisi polis polkovnik-leytenantı Vəli Abbasov, 225 saylı orta məktəbin şagirdi Rauf Gözəl, 60 saylı orta məktəbin şagirdi Fidan Göyüşova və digərləri çıxış edərək öz fikirlərini bölüşdulər.