Elman Nəsirov vitse prezident təyin olundu
Dünya Azərbaycanlıları Assamblyeasının Prezidenti Rəşad Quliyevin sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov DAA – nın beynəlxalq məsələlər üzrə vitse prezidenti təyin olunub.
10 Noyabr 2016 11:32 SosialDünya Azərbaycanlıları Assamblyeasının Prezidenti Rəşad Quliyevin sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov DAA - nın beynəlxalq məsələlər üzrə vitse prezidenti təyin olunub. Bu barədə məlumat "OLAYLAR"-a DAA-nın mətbuat xidmətindən daxil olub. Məlumat üçün bildirək ki, Elman Nəsirov Göyçay - Ağdaş dairəsinin millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, insan hüquqlari komitələrinin üzvü,habelə AI-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin və Dünya Azerbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının Siyasi Araşdırmalar Institutunun direktoru politoloq, siyasi elmler doktorudur.
Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası 06.09.2016 tarixində Almaniya Federativ Respublikasının məhkəmə və ədliyyə orqanları tərəfindən beynəlxalq təşkilat olaraq qeydiyyata alınıb. Təşkilatın mərkəzi Almaniyanın Köln şəhərindədir.