Narın möcüzəsi
Tərkibində zəngin C vitamini, maqneziyum və potasyum olan nar xərçəngin bir cox növünə qarşı qoruyucu gücə sahibdi. Həkimlər narı ürəyin dostu adlandıraraq, gün ərzində bir ovuc nar yeyilməsini məsləhət görürlər. Narın meyvəsi, suyu və qabığı demək olar ki, bütün xəstəliklərə dərmandı. Məşhur türkiyəli həkim, dietoloq Fatma Baysal Yusuf bildirir ki, “narın dənələri ürək damar xəstəliklərində qoruyucu gücə sahibdi. Nar ürək xəstəliklərinə səbəb olan zərərli xolestrini aşağı salır. Nar suyu isə antosiya, kateşin, ellagitan kimi antioksidanlarla zəngindir. Bu cür zəngin tərkib bədən də xərəçəngin yaranmasına şərait yaradan maddələrə qarşı mübarizə aparır. Prostat , dəri, süd vəzləri, ağciyər xərçəngləri sizdən uzaq edə bilər”
11 Noyabr 2016 05:00 SosialTərkibində zəngin C vitamini, maqneziyum və potasyum olan nar xərçəngin bir cox növünə qarşı qoruyucu gücə sahibdi. Həkimlər narı ürəyin dostu adlandıraraq, gün ərzində bir ovuc nar yeyilməsini məsləhət görürlər. Narın meyvəsi, suyu və qabığı demək olar ki, bütün xəstəliklərə dərmandı. Məşhur türkiyəli həkim, dietoloq Fatma Baysal Yusuf bildirir ki, "narın dənələri ürək damar xəstəliklərində qoruyucu gücə sahibdi. Nar ürək xəstəliklərinə səbəb olan zərərli xolestrini aşağı salır. Nar suyu isə antosiya, kateşin, ellagitan kimi antioksidanlarla zəngindir. Bu cür zəngin tərkib bədən də xərəçəngin yaranmasına şərait yaradan maddələrə qarşı mübarizə aparır. Prostat , dəri, süd vəzləri, ağciyər xərçəngləri sizdən uzaq edə bilər".
Narın tərkibindəki fenolik birləşmələr sümük bərkiməsində də istifadə olunur. Ağız və diş sağlamlığının və dəri yaşlanmalarına qarşı bu möcüzəvi meyvənin imkanları sonsuzdu. Həkimlər gün ərzində mütləq bir ədəd nar yeməli olduğumuzu vurğulayırlar. Bir nar da ortalama bir ovuc nar dənəsi var. Əgər bir ömür boyu sağlam yaşamaq istəyirsinizsə çoxlu nar və nar suyu qəbul edin. Lakin tərkibindəki früktoz, qlikoz və sükroz səbəbi ilə diabet xəstələri diqqətli olmalıdılar. Böyrək çatışmazlığından və yüksək təzyiqdən əziyyət çəkənlərin çoxlu nar yemələri məsləhər görülmür.