Bu, təkcə bizə deyil, xalqımıza verilən qiymətdir
“Azərbaycan televiziya və radionun hazırki inkişaf səviyyəsinə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda da Ölkə başçısı İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən uğurlu siyasətin nəticəsində gəlib çatıb”. Bu fikirləri SİA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru, ötən gün Ölkə başçısının sərəncamı əsasında “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən Hikmət Yaqubov deyib.
8 Noyabr 2016 13:51 Sosial"Azərbaycan televiziya və radionun hazırki inkişaf səviyyəsinə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda da Ölkə başçısı İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən uğurlu siyasətin nəticəsində gəlib çatıb". Bu fikirləri SİA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Carçıfilm" Yaradıcılıq Birliyinin direktoru, ötən gün Ölkə başçısının sərəncamı əsasında "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülən Hikmət Yaqubov deyib.
Ümumilli Lider Heydər Əliyevin "Televiziya Azərbaycan xalqının milli sərvətidir" fikrini yada salan H. Yaqubov qeyd edib ki, Ulu Öndər Azərbaycan televiziyasına böyük qayğı göstərib: "Hazırda bu qayğı Ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Jurnalistlərin evlə təmin olunması, televiziyaların maddi texniki bazasının gücləndirilməsi ölkədə KİV-lərə göstərilən diqqətin bariz nümunəsidir".
24 ildir televiziya sahəsində çalışan H. Yaqubov ad alacağından xəbəri olmadığını bildirib: "Ötən gün bir sıra televiziya və radio işçiləri mükafatlandırıldı.Onların arasında mən də varam. Lakin ad alacağımdan xəbərim yox idi. Bir televiziya işçisi kimi fəaliyyətimi daha da inkişaf etidirib, bu adı doğrultmağa çalışacam. Düşünürəm ki, ötən gün mükafatlandırılanların hər biri bu məsuliyyəti dərk edib gələcək fəaliyyətini bu istiqamətdə davam etdirəcək. Bu, təkcə bizə deyil, xalqımıza verilən qiymətdir. Mükafatlandırılanların hər biri o adlara layiqdirlər. Bütün ad alanlar adından Azərbaycan Prezidentinə dərin təşəkkürümü bildirirəm".
Son 10 illər ərzində Azərbaycan televiziyasının güclü inkişaf tarixi keçdiyini dilə gətirən Əməkdar mədəniyyət işçisi qeyd edib ki, bu inkişaf nəticəsində ölkə televiziyası beynəlxalq arenaya çıxış imkanı qazanıb: "Hər birimiz Avropa Oyunları, Formula-1, Avroviziya, eləcə də Şahmat Olimpiadası dövründə bu uğurların şahidi olduq. Azərbaycan televiziyası həmin yarışlar dövründə öz öhdəsinə düşən işi layiqincə yerinə yetirdi. Təbii ki, bütün bu uğurlar Ölkə başçısının diqqətindən kənarda qalmır".
Məlumat üçün nəzərinizə çatdıraq ki, Hikmət Əlisgəndər oğlu Yaqubov 1972-ci il avqustun 4-ü Masallı rayonunun Birinci Yeddioymaq kəndində dünyaya gəlib. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 2000-ci ildə "Səhər", 2006-cı ildə İdman Redaksiyasının baş rejissoru təyin edilib .2009-cu ildə İdman Azərbaycan Telekanalının baş rejissoru, 2010-cu ildə "Səs" İnternet Televiziyasının direktoru vəzifələrində çalışıb. 2013-cü ilin sentyabr ayından ictimai Televiziya və radio "Carçıfilm" Yaradıcılıq Birliyinin direktorudur.Bir sıra mükafatlara layiq görülüb.