Soyuğun bilmədiyimiz faydaları
Qışın yaxınlaşması bir çoxları üçün isti evə həbs olunmaq deməkdi. Çoxları soyuq havadan qorxaraq, isti palto, gödəkcə, papaq, əlcək tədarükünə çoxdan başlayıb. Təbii ki, buna soyuq havanın faydalarından xəbərsiz olmaları səbəb ola bilər. Soyuq havanın faydasının soyuq ölkədən olan – Rusiyalı mütəxəssislər araşdırıblar.
7 Noyabr 2016 17:42 SosialQışın yaxınlaşması bir çoxları üçün isti evə həbs olunmaq deməkdi. Çoxları soyuq havadan qorxaraq, isti palto, gödəkcə, papaq, əlcək tədarükünə çoxdan başlayıb. Təbii ki, buna soyuq havanın faydalarından xəbərsiz olmaları səbəb ola bilər. Soyuq havanın faydasının soyuq ölkədən olan - Rusiyalı mütəxəssislər araşdırıblar.
Soyuda arıqlamaq daha asandı.
Soyuq havalar da metobolizmanın daha surətli çalışması, yağların parçalanması, xolestirinin aşağı olması arıqlamağa kömək edir.
Soyuq hava insanı gənc olmasına yardım edir.
Soyuq hava insan dərisinə yaxşı təsir göstərir. Belə ki, üzdəki məsamələr kiçilir, şişkinlik azalır. Rusiyalı mütəxəssislər soyuq havanın "estetik" faydaları var.
Mikroblar soyuğa davam gətirmir.
Bir çox virus və mikroblar var ki, - 10 və - 15 dərəcə də məhv olurlar.Məsələn, qrip soyuq hava da məvh olan virusdu. Amma həkimlər - 10 - də yarimsaatdan artıq çöldə olmağı məsləhət görmürlər.
Soyuq hava xoşbəxtlik verir.
Çünki, soyuq hava da alınan oksigen yaza nisbətən 30 faiz daha çoxdu. Qana daha çox oksigen gedersə, insan beynin aktivliyi artır. Mütəxəssislər soyuq havada gəzərkən "xoşbəxtlik hormonu" adlandırdıqları serotoninin artdığını qeyd edirlər.
Soyuq hava olmadan belə buz kristallarının tibb də faydaları hər kəsə məlumdu. Başınız ağrıdığı zaman buzu torbaya yığıb, incə bir parça ilə örtüb ağrıyan hissəyə qoysanız fərqi hiss edəcəksiniz.
Tökülən saçlarınızın yenidən bərpa olunmasını istəyirsinizsə, sıfır dərəcə də hazırlanmış buz torbası ilə saçınızın tökülən hissəsini masaj edin. Bu zaman soyuğun təsiri ilə saç dərinizdə olan qan damarları və saç kökləri canlanacaq.
Şimal bölgəsin - 100 dərəcədə olan soyuq otaqlar xəstələr üçün istifadə olunur.Bura da xəstələr 1 və ya 2,5 dəqiqə içəridə saxlanılır.Ürək xəstəliyi və soyuğa qarşı allergiyası olan insanlar istisna olmaqla bütün xəstələrə tətbiq olunur.