"Həcmli saçlar arzulayan xanımların nəzərinə
Həcmli saçlara sahib olmaq hər bir xanımın arzusudur. Bəs bunun üçün nə etmək lazımdır?
3 Noyabr 2016 19:06 SosialHəcmli saçlara sahib olmaq hər bir xanımın arzusudur. Bəs bunun üçün nə etmək lazımdır?
Axşam.az xarici mətbuata istinadən, sizə faydalı olacaq məsləhətlər təqdim edir:
- İlk olaraq saçlarınızı üst hissədən alta doğru qurutmağa çalışın. Bunu etsəniz daha dolğun saçlara sahib olarsınız.
- Saçınıza uyğun şampun seçməyə diqqət edin. Saçlarınızı darayarkən düz darayın, daha sonra yuxarıdan yığın və uclarını əlinizlə yüngül şəkildə burun. Bu saçlarınız quruduqdan sonra daha həcmli görünməsinə səbəb olacaq.
- Saçınızı fenlə düzləşdirməzdən öncə yaxşıca qurudun. Bu üsulla daha uzun müdət həcmini və formasını saxlamağa nail ola bilərsiniz.
- Saçlarınızı tərs yöndən daramağınız da daha həcmli görünməsinə səbəb olar.