Ağoğlan abidəsi animasiyada

Azərbaycanda Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən animasiya çarxı hazırlanıb.

Azərbaycanda Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən animasiya çarxı hazırlanıb.

"Olaylar" - ın verdiyi məlumata görə bu videoçarx Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə "Addım" GİM İctimai Birliyinin həyata keçirdiyi "Müasir təbliğat üsulu olan 3D qrafikası"  layihəsi çərçivəsində hazırlanıb.

Videoçarxda Azərbaycanın işğal edilmiş Laçın rayonunda yerləşən "Ağaoğlan" abidəsi və ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyinə həsr edilən abidənin, ermənilərin özləri tərəfindən məhv edilməsi öz əksini tapmışdı. Bərpa olunmuş hadisələri daha canlı göstərmək üçün 3D qrafikasından istifadə olunub.

Animasiya çarxının hazırlanmasında əsas məqsəd dünya ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri ictimaiyyətə və dünyaya  yaymaqdan ibarətdi.

Animasiyanın sujet xəttində aparıcı personaj evi erməni yaraqlıları tərəfindən hücuma məruz qalan kiçik qızdı. O, sağ qalaraq xilas olmaq üçün qarlı, çovğunlu meşələrdən keçməli olur. Çarx artıq yetkin olan qızın işğal altındakı Azərbaycana aid tarixi abidələrin rəsmlərini və  məcburi köçkünlərin çətin durumlara salınmasını əks etdirən fotoları izləməsi ilə yekunlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31