Şəxs adlarının enisiklopedik lüğəti
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Aydın Abi Aydının iki cildlik “Şəxs adlarının ensiklopedik lüğəti” adlı kitabı işıq üzü görüb. Lüğətdə əsasən türk dilində və azərbaycanca olan şəxs adları verilir. Yeri gəldikdə ərəb və fars adları da təqdim edilir və izahları verilir.
2 Noyabr 2016 16:04 SosialAMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Aydın Abi Aydının iki cildlik "Şəxs adlarının ensiklopedik lüğəti" adlı kitabı işıq üzü görüb. Lüğətdə əsasən türk dilində və azərbaycanca olan şəxs adları verilir. Yeri gəldikdə ərəb və fars adları da təqdim edilir və izahları verilir.
Daha öncə də şəxs adları ilə bağlı lüğətlər hazırlamış müəllif ilk dəfə belə əhatəli və geniş şəkildə lüğət təqdim edib. Kitabda geniş müqəddiməyə və istifadə olunmuş mənbələrə yer verilib.
Müqəddimədə müəllif türk şəxs adlarının yaranma tarixindən bəhs edir və bu adların yaranmasının bir neçə mərhələsini göstərir. Müəllif müxtəlif türk xalqlarına başqa dillərin təsirindən söz açaraq, türk şəxs adlarının yayıldığı əraziləri qeyd edir. Adların verilməsində türk xalqlarında olan fərqləri göstərib, adların insanlara qoyulması şəraitini və səbəblərini açıqlayır.
Lüğətdə adların mənaları ,yeri gəldikdə adların mənşəyi düzgün və təhrif olunmuş biçimi haqqında məlumat verilir. Adlar açıqlanarkən imkan daxilində onların bütün mənaları, hətta, ehtimal olunan mənalar da lüğətdə öz əksini tapıb.
Sözlükdə Anadolu, Orta Asiya və başqa Türk adları bəzən səsləndiyi biçimdə də verilib. Olaylar.az