Planşetdən uzaq durun - Kor ola bilərsiniz!

Mütəxəssislər davamlı kompyuter və planşet başında olan şəxslərin göz sağlamlığı məsələsində problem yarandığını söyləyirlər.

Mütəxəssislər davamlı kompyuter və planşet başında olan şəxslərin göz sağlamlığı məsələsində problem yarandığını söyləyirlər.

ATV.az xəbər verir ki, kompyuterdən istifadənin ən yüksək mərhələyə çıxması xüsusilə gözlə bağlı mənfi təsirlər yaradır. İnsanlar mütləq şəkildə kompyuter və planşet işığından qoruyan eynəklərdən istifadə etməlidirlər. Bunun sayəsində, gözləri narahat edən işıqlar təsirsiz qalacaq və gözlər istirahət edəcəklər.Gözlərdə yaranan problemlərin başlıca səbəbi müəyyən bir zamanda göz qırpma sayının çox azalmasıdır. Normalda dəqiqədə orta hesabla 25 dəfə gözlərimizi qırpırıq. Bu proses üst qapağın istirahətinə, göz yaşı ilə gözün bəslənməsinə və təmizlənməsinə zəmin yaradır. Ekranlarla işləyərkən, bu say dəqiqədə 10-dan az, hətta 5-6-ya enir. Belə olduqda da, göz yaşı buxarlanır, yanma, batma, qızartı kimi bir çox şikayətə səbəb olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31