DAA-nın gələcək planları müzakirə edilib
Dünya Azərbaycanlıları Assambleyasının (DAA) Azərbaycan, Tatarıstan və Arxangelsk nümayəndəliklərinin rəhbərləri bir araya gəlib. “OLAYLAR”-ın DAA-nın Azərbaycan nümayəndəliyinə istinadən verdiyi xəbərə görə, görüşdə gələcək planlar, qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
31 Oktyabr 2016 11:35 SosialDünya Azərbaycanlıları Assambleyasının (DAA) Azərbaycan, Tatarıstan və Arxangelsk nümayəndəliklərinin rəhbərləri bir araya gəlib. "OLAYLAR"-ın DAA-nın Azərbaycan nümayəndəliyinə istinadən verdiyi xəbərə görə, görüşdə gələcək planlar, qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu günlərdə DAA-Azərbaycan nümayəndəliyi respublikanın bir sıra rayonlarına, Qazax və Şəmkirə səfər təşkil edib. Qazaxda DAA nümayəndə heyəti Qarabağ qazisi Kamil Musəvi ilə görüşərək onu assambleyanın diplomu ilə təltif edib. Şəmkirdə isə DAA üzvləri H.Əliyev mərkəzini ziyarət edib, Şəmkir rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə muavini Məleykə Əlizadə, YAP-in Şəmkir rayon təşkilatının aparat rəhbəri Şövqi Həsənovla görüşüblər.