Nazirlik: Məktəblərə istiliyin daha tez verilməsi üçün müraciət etmişik

“Maye yanacaqla qızdırılan məktəblərə yanacaqların verilməsi prosesi bir müddətdir, başlayıb”.

"Maye yanacaqla qızdırılan məktəblərə yanacaqların verilməsi prosesi bir müddətdir, başlayıb".

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq, bildirilib ki, fərdi qazanxanası olan məktəblər isə istiliklə təmin olunub. Məlumatda qeyd olunub ki, qeyri-sabit havaşəraiti ilə əlaqədar, məktəblərə istiliyin tez verilməsi ilə bağlı müvafiq dövlət qurumuna müraciət edilib.

Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev APA-ya bildirib ki, havaların kəskin soyuması ilə əlaqədar sosial obyektlərə, o cümlədən orta ümumtəhsil məktəblərinə istiliyin verilməsi nəzərdə tutulmuş vaxtdan, yəni noyabr ayının 15-dən daha tez baş tuta bilər. Bunun üçün həmin tədris müəssisələrindən müraciət daxil olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31