Mətbuat Şurasının sədri: “Azərbaycanda dini radikalizm və dini ayrıseçkiliyi təbliğ edən saytlar var”

“Kütləvi İnformasiya Vasitələri haqqında” və “Telekommunikasiya haqqında” qanunlardakı dəyişiklikdən sonra bir sıra media vasitələrində belə bir təsəvvür formalaşdırılmq istənilib ki, guya bu dəyişikləri etməkdə məqsəd Azərbaycanda söz və mətbuat azadlığını məhdudlaşdırmaqdır. Qətiyyən belə deyil.

"Kütləvi İnformasiya Vasitələri haqqında" və "Telekommunikasiya haqqında" qanunlardakı dəyişiklikdən sonra bir sıra media vasitələrində belə bir təsəvvür formalaşdırılmq istənilib ki, guya bu dəyişikləri etməkdə məqsəd Azərbaycanda söz və mətbuat azadlığını məhdudlaşdırmaqdır. Qətiyyən belə deyil. Dünyanın əksər inkişaf etmiş ölkələrində ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və digər dövlətlərdə dini radikalizmin əlehinə mübarizədə hüquqi müstəvidə daha sərt müddəalar mövzuddur. Bu başa düşüləndir, çünki məqsəd dövlətin və ölkə ictimaiyyətinin təhlükəli bəlalardan sığortalanmasından gedir". Bunu deyən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, əgər hər hansı məlumat insanlarda qorxu hissi yaradacaqsa, həmçinin şəxsi və ailə sirrini farş edəcəksə onun qarşısında əvvəlcədən sipər çəkilməlidir. Millət vəkili əlavə edib ki, bu gün Azərbaycanda elə saytlar var ki, onlar öz səhifələrində dini radikalizmi, dini ayrısüçkiliyi təbliğ edirlər: "Onlarla mübarizə aparmaq mümkün deyil. Çünki onların hostinqləri ya ABŞ-da, yaxud da Avropa ölkələrinin birindədir. Azərbacandan heç bir vasitə ilə həmin saytlarla mübarizə aparmaq mümkün deyil. Elə bilirəm ki, artıq bu məsələni hüquqi müstəvidə gündəmə gətirməliyik. Yəqin ki, Milli Məclis bi məsələyə həsas olacaq və yaxın müddətdə bu məsələni gündəmə gətirə biləcəyik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31