Xətai rayonu üzrə “Məktəb seminarları” keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində təşkil olunan təlim-seminarlar davam edir.
28 Oktyabr 2016 12:27 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Təhsili dəyərə çevirək" devizi altında reallaşdırılan "Məktəb seminarları" layihəsi çərçivəsində təşkil olunan təlim-seminarlar davam edir. "OLAYLAR"-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, təlim-seminar Xətai rayonunda yerləşən 264 nömrəli tam orta məktəbdə keçirilib. BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva təlim-seminarda çıxış edərək layihənin keçirilmə məqsədləri və gözlənilən nəticələrdən danışıb. Sürətlə dəyişən müasir dünyada təhsilin keyfiyyətinə təsir edən amillərin vaxtında dəyərləndirilməsinin zəruriliyinə diqqət çəkən BŞTİ-nin müdiri bu istiqamətdə təhsil müəssisələrinə hərtərəfli dəstək verildiyini söyləyib. Səmərəli məktəbin formalaşdırılması prosesində zəruri olan tədbirləri nəzərə çatdıran M.Vəliyeva direktorlar qarşısında "Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili" mövzusunda çıxış edib. Təlim-seminarda BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova "Rayonlar üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimat və müzakirəsi" mövzusunda məruzə edib. Təlim-seminarda mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.