Qəza zamanı yol təsərrüfatına ziyan dəyib
Nəriman Nərimanov rayonunda baş verən yol qəzası zamanı yol təsərrüfatına ziyan dəyib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı “Azəravtoyol” ASC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, “Lada Priora” markalı avtomobilin Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsündə “20 yanvar dairəsi” istiqamətində hərəkətdə olarkən körpünün mühəccərlərinə çırpılmış, nəticədə mühəccərlərin bir hissəsi dağılmış və deformasiyaya uğrayıb. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, qəza zamanı yol ötürücüsünün 8 paqon-metr məhəccəri dağılıb və deformasiyaya uğrayıb, nəticədə yol təsərrüfatına təqribən 1200 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.
28 Oktyabr 2016 12:08 SosialNəriman Nərimanov rayonunda baş verən yol qəzası zamanı yol təsərrüfatına ziyan dəyib. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı "Azəravtoyol" ASC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, "Lada Priora" markalı avtomobilin Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsündə "20 yanvar dairəsi" istiqamətində hərəkətdə olarkən körpünün mühəccərlərinə çırpılmış, nəticədə mühəccərlərin bir hissəsi dağılmış və deformasiyaya uğrayıb. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, qəza zamanı yol ötürücüsünün 8 paqon-metr məhəccəri dağılıb və deformasiyaya uğrayıb, nəticədə yol təsərrüfatına təqribən 1200 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.