Dini radikalizm və ekstremizmlə mübarizə müzakirə edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Yasamal rayonu “Qasımbəy Cümə” məscidi dini icması tərəfindən “Dini radikalizm və ekstremizmlə mübarizə” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Yasamal rayonu "Qasımbəy Cümə" məscidi dini icması tərəfindən "Dini radikalizm və ekstremizmlə mübarizə" layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Yasamal rayonu "Qasımbəy Cümə" məscidində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev, "Qasımbəy Cümə" məscidi dini icmasının sədri və axundu Məmmədrza Hüseynzadə, məscidin axund müavini Samir Ağayev, dindarlar, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev dini radikalizm və ekstremizmin fəsadları, onunla mübarizə metodları ilə bağlı məruzə ilə çıxış edib. N.Nuriyev ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayaraq, cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Daha sonra "Qasımbəy Cümə" məscidi dini icmasının sədri və axundu Məmmədrza Hüseynzadə, məscidin axund müavini Samir Ağayev və başqaları mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31