Xalis balı və saxta balları necə müəyyənləşdirmək olar?
Artıq bir neçə gündür ki, paytaxtda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb. Yarmarkada 8 iqtisadi rayon üzrə 254 arıçı iştirak edir. Ümumilikdə yarmarkaya bu il 71 ton 700 kiloqram bal çıxarılıb. Ötən il bu göstərici 250 tona yaxın olub. Bu ilki yarmarkaya məhsullarını çıxaran arıçılar balın ötən ilkinə nisbətən bir qədər baha olduğunu bildirir. Bu il hava şəraitinə görə məhsulun az, lakin çəkilən xərclərin çox olması arıçılıq məhsullarının qiymətlərində artıma səbəb olub. Qeyd edək ki, balın 1 kiloqramının çəkisi yarmarkada 15-25 manat arası dəyişir.
25 Oktyabr 2016 13:15 SosialArıçılıq məhsulları barədə bunları bilmək vacibdir
Artıq bir neçə gündür ki, paytaxtda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb. Yarmarkada 8 iqtisadi rayon üzrə 254 arıçı iştirak edir. Ümumilikdə yarmarkaya bu il 71 ton 700 kiloqram bal çıxarılıb. Ötən il bu göstərici 250 tona yaxın olub. Bu ilki yarmarkaya məhsullarını çıxaran arıçılar balın ötən ilkinə nisbətən bir qədər baha olduğunu bildirir. Bu il hava şəraitinə görə məhsulun az, lakin çəkilən xərclərin çox olması arıçılıq məhsullarının qiymətlərində artıma səbəb olub. Qeyd edək ki, balın 1 kiloqramının çəkisi yarmarkada 15-25 manat arası dəyişir.
Bu arada balın keyfiyyəti ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Bəziləri balın xarlamasını onun keyfiyyətinin aşağı olması ilə əlaqələndirir və təmiz balın heç vaxt xarlamadığını bildirir. Ancaq bunun əksini söyləyənlər də var. Bildirilir ki, xalis bal hansı şəraitdə saxlanmasından asılı olmayaraq xarlamalıdır. Elə bu qeyri-müəyyənlikdir ki, insanlar bal alarkən hər zaman tərəddüd içində olurlar. Bu tərəddüd isə bəzən insanı bal almaq istəyindən belə daşındırır. Belə mənfi tendensiyaların nəticəsidir ki, bu il bal yarmarkasına çıxarılan balın həcmi də keçən ilə nisbətən aşağı düşüb. Həmçinin bal yarmarkasına olan diqqət də keçən ilə nisbətən nəzərəçarpacaq dərəcədə azdır. Bəs görəsən insanlar arasında arıçılıq məhsullarına olan tərəddüdü necə aradan qaldırmaq olar? Ümumiyyətlə, xalis balı necə müəyyən etmək mümkündür? Yaxud təmiz bal xarlayırmı?
Arıçılıq məhsullarının istehsalçıları hesab edirlər ki, bal götürüldüyü çiçəkdən və saxlanma şəraitindən asılı olaraq tez və ya gec qatılaşıb xarlayır. Balın xarlaması (kristallaşması) təbii prosesdir və balın keyfiyyətinə mənfi təsir göstərmir. Cökə, yonca, akasiya, pambıq, günəbaxan balı tez götürüldükdən 6 ay müddətində, qaratikan, biyan, zeytun, tütün və s. balı isə gec xarlayır. Bəzən hətta bu proses bir ildən gec baş verir. İsti şəraitdə saxlanan bal gec, soyuqda saxlanan isə tez xarlayır. Nektarın (şirə) toplanması dövründə pətəkdə tənbəl və ilk görüşdə işsiz gözə çarpan şişkin qarınlı arılara təsadüf edilir. Vaxtaşırı onların xortumlarının ucunda kiçik maye damcısı görünür və yenidən yox olur. Onlar həmin zaman ən mühüm işlə məşğul olan cavan arılardır. Onların kimyəvi laboratoriya vəzifəsini görən çinədanlarında fermentlərin təsiri ilə saxarozanın qlükozaya və fruktozaya parçalanma prosesi gedir. Balın tərkibində qlükoza çox olduqda xarlama tezləşir. Buna misal olaraq, günəbaxan və qarabaşaqdan alınan balı göstərmək olar. Fruktoza çox olduqda isə (ağ akasiyadan alınan balda) xarlama ləng gedir. Bu sahənin mütəxəssisləri deyir ki, balın təbii olub olmadığını bilməyin çox asan yolu var. Əslində təbii və keyfiyyətli bal xarlayır. Bildirilir ki, "Xarlayan bal saxtadır" fikri yanlışdır. Xarlamış bal haqqında yanlış məlumatlar yayılır. Çox insan balın donmasını onun saxta olması ilə əlaqələndirir. Bu düzgün qənaət deyil. Azərbaycanda demək olar bütün bal növləri tez ya gec kristallaşır. Həm dağ bölgəsində əldə olunan bal, həm də Aran zonasının balı xarlaya bilər. Balın xarlaması onun təbiiliyini sübut edən bir haldır. O da bildirilir ki, xarlamış balla bağlı səhv fikirlər süzmə bal istehsalçılarına bazarda problem yaradır. Bunu bilmək vacibdir ki, təbii və çox keyfiyyətli bal hətta süzmə prosesindən az müddət sonra kristallaşa bilər. Kristallaşan bal rahatlıqla qəbul edilməlidir. Bazara "təbii bal" deyə çıxarılan bəzi məhsullarla alıcılar aldadılır. Balın keyfiyyətini dadaraq, yaxud qoxulamaqla bilmək mümkün deyil. Bal xarlayanda onun kimyəvi tərkibi əsla dəyişmir. Bu hal, balın sadəcə görünüşünün dəyişməsinə səbəb olur. Təbii bal zamanla, yaxud saxlama şəraitindən asılı olaraq donur. Soyuq yerdə, ya da soyuducuda saxlanması balın xarlamasını sürətləndirir. Bütün bunları nəzərə alaraq arıçılıq məhsullarının istehsalçıları qeyd edirlər ki, balın xarlaması tam təbii haldır. Xarlanma balın təmizliyinə zəmanətdir. Xarlanma fruktoza və saxarozanın miqdarından asılıdır. Tərkibində qlükoza üstünlük təşkil eləyən bal növləri tez, fruktoza çoxluq təşkil eləyən bal çeşidləri gec xarlayır. Təbii balın xarlaması şəkərdən alınan balın xarlamasından fərqlənir.
Füzuli