Bakının məşhur gecə klubları bir-bir bağlanır
25 Oktyabr 2016 11:13 SosialBakının mərkəzində yerləşən "Infiniti" gecə klubu bağlanıb.
Vesti.az xəbər verir ki, klubunun bağlanmasına Vidadi və Mərdanov qardaşları küçələrinin kəsişməsində yerləşən bina sakinlərinin çoxsaylı şikayətləri səbəb olub.
Sakinlər bildiriblər ki, gecə saatlarında spirtli içki qəbul edərək klubda əylənənlər söyüşləri ilə ətrafda yaşayanları narahat edirdilər.
Sözügedən məkanın rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31