Cəlilabadın daha bir kəndinə ilk dəfə təbii qaz verilib

Oktyabrın 20-də Cəlilabad rayonunun Kövüzbulaq kəndinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR”-ın xəbərinə görə, 222 abonentlik Kövüzbulaq kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21745 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda rayonun Gülməmmədli və Xəlilabad kəndlərində də qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Oktyabrın 20-də Cəlilabad rayonunun Kövüzbulaq kəndinə ilk dəfə təbii qaz verilib. "OLAYLAR"-ın xəbərinə görə, 222 abonentlik Kövüzbulaq kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21745 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda rayonun Gülməmmədli və Xəlilabad kəndlərində də qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31