Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) Baş Konfransı “Qalaaltı” kurort mərkəzində keçiriləcək
İtaliyanın Salsomaggiore şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) Baş Assambleyasında “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi, Azərbaycan tərəfindən adıçəkilən təşkilatda koordinator olan Günel Aslanova iştirak edir. Tədbirin gündəliyində öz əksini tapmış bir neçə məsələlərdən biri də 2018-ci ildə Assosiasiyanın Baş Konfransının Azərbaycan, Fransa və Yunanıstan olmaqla 3 ölkədən birində keçirilməsinin səsə qoyulması olmuşdur.
20 Oktyabr 2016 16:34 Sosialİtaliyanın Salsomaggiore şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) Baş Assambleyasında "Termal Şəhərlər" beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçirilir. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi, Azərbaycan tərəfindən adıçəkilən təşkilatda koordinator olan Günel Aslanova iştirak edir. Tədbirin gündəliyində öz əksini tapmış bir neçə məsələlərdən biri də 2018-ci ildə Assosiasiyanın Baş Konfransının Azərbaycan, Fransa və Yunanıstan olmaqla 3 ölkədən birində keçirilməsinin səsə qoyulması olmuşdur. Azərbaycan üzrə koordinator Günel Aslanova tərəfindən "Qalaaltı" müalicə istirahət kompleksinin təqdimatı keçirilmiş, qonaqlara bu kompleksin müalicə və termal suyunun əhəmiyyəti haqqında məlumatlar verilib. Çıxışında Azərbaycanın bu təşkilatdakı fəaliyyətini xüsusi vurğulayan EHTTA-nın prezidenti Guiseppa Bellandi, bu istiqamətdə əməkdaşlığın gələcəkdə də daha uğurlu olacağına ümid etdiyini bildirib. Konfransın ikinci hissəsində gizli səsvermə nəticəsində Azərbaycan digər ölkələri qabaqlayaraq qalib olmuş və bu ali tədbirin 2018-ci ilin may ayında məhz "Qalaaltı" kurort mərkəzində keçirilməsi qərara alınıb.