Əli Əhmədovun sədrliyi ilə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib

Oktyabrın 19-da Nazirlər Kabinetində Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib.

Oktyabrın 19-da Nazirlər Kabinetində Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib. "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov son illər ölkəmizin bütün sahələrdə qazandığı uğurlardan danışıb, ölkə iqtisadiyyatının sistemli, dinamik və tarazlı inkişafını xarakterizə edən mühüm göstəricilərin vətəndaşlarımızın rifahlı həyatına adekvat olduğunu bildirib. Əli Əhmədov mühüm sosial-iqtisadi layihələrin gerçəkləşməsini, yeni iş yerlərinin yaradılmasını, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsini, müasir tələblərə cavab verən infrastrukturun yaradılmasını, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlamasını, sahibkarlığın dəstəklənməsini, biznes mühitinin yaxşılaşdırılması ilə ölkəmizin dünyada nüfuzunun daha da artmasını və nəticədə əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasını xüsusilə vurğulayıb. İclasda 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlikdən irəli gələn məsələlər ətrafında Şura üzvlərinin təklifləri dinlənilib, zəruri fikir mübadiləsi aparılıb, dayanıqlı inkişaf məqsədlərinə müvafiq olaraq müəyyən edilmiş göstəricilər üzrə statistik məlumatların ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən Şuraya təqdim edilməsi barədə qərar qəbul edilib. Həmçinin iclasda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin və Şuranın fəaliyyətini həyata keçirmək üçün müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupların yaradılması ilə bağlı təşkilati məsələlərə baxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31