Yaponiyada müstəqillik günü ilə bağlı ziyafət təşkil edilib

Yaponiyanın paytaxtı Tokio şəhərinin əsas mərkəzlərindən biri olan Ropponqidə yaponiyalı kiçik və orta sahibkarların iştirakı ilə ziyafət təşkil edilib.

Yaponiyanın paytaxtı Tokio şəhərinin əsas mərkəzlərindən biri olan Ropponqidə yaponiyalı kiçik və orta sahibkarların iştirakı ilə ziyafət təşkil edilib. "OLAYLAR"-ın Dünya Azərbaycanlıları Assambleyasına istinadən verdiyi xəbərə görə, ziyafətdə Azərbaycanda dəfələrlə səfərdə olmuş, son 3 ildə 400 nəfərə yaxın yaponiyalı biznesmeni Azərbaycana aparmış, Yaponiyada Azərbaycanın təbliğatı işinə böyük töhvələr vermiş Kazuyasu İşida və digər sahibkarlar Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, stabil siyasi həyatı, biznes mühiti ilə bağlı fikir mübadiləsi aparıblar. Ziyafətə Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov da dəvət olunub. O, çıxışında bildirib ki, Azərbaycan 1991-ci il, oktyabrın 18-də müstəqilliyini bərpa edib. İştirakçılara Dağlıq Qarabağ problemi barədə məlumat verən natiq Azərbaycanın mövcud durumu barədə də danışıb. O, deyib ki, dövlət müstəqilliyinin qorunub saxlanılmasında xaricdə yaşayan həmvətənlərimizin, diaspor təşkilatlarımızın böyük rolu var. Bu işdə Dünya Azərbaycanlıları Assambleyası da böyük işlər görmək əzmindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31