İranın hərbi gəmilərinin Bakıya səfəri başlayıb
Oktyabrın 19-da İranın Hərbi Dəniz Qüvvələrinin hərbi "Dəmavənd" və "Cövşən" gəmilərinin Bakıya dostluq səfəri başlayıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.
19 Oktyabr 2016 15:52 SosialOktyabrın 19-da İranın Hərbi Dəniz Qüvvələrinin hərbi "Dəmavənd" və "Cövşən" gəmilərinin Bakıya dostluq səfəri başlayıb. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək. 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri və bir sıra digər tədbirləri nəzərdə tutulub. Gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır. Səfər oktyabrın 21-dək davam edəcək.