Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub

Bu gün Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 35-ci kilometrliyinə qaya parçası düşüb. “Azəravtoyol” ASC-nin 6 saylı idarəsinin canlı qüvvəsi və texnikasının köməkliyi ilə qaya parçası yoldan götürülüb. Yolun 36-37-ci km-də isə qar uçqunu qeydə alınıb. Yol qardan təmizlənib və avtomobillərin hərəkəti tam təmin olunub.

Bu gün Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 35-ci kilometrliyinə qaya parçası düşüb. "Azəravtoyol" ASC-nin 6 saylı idarəsinin canlı qüvvəsi və texnikasının köməkliyi ilə qaya parçası yoldan götürülüb. Yolun 36-37-ci km-də isə qar uçqunu qeydə alınıb. Yol qardan təmizlənib və avtomobillərin hərəkəti tam təmin olunub.

Qeyd edək ki, ötən gün yolun 23-cü kilometrliyinə qaya parçası düşmüşdü. Yol müvəqqəti bağlanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31