Azərbaycan Xalça Muzeyində 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü qeyd olundu
Oktyabrın 18-də YAP Səbail Rayon təşkilatı və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş tədbir keçirilib.
18 Oktyabr 2016 18:20 SosialOktyabrın 18-də YAP Səbail Rayon təşkilatı və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş tədbir keçirilib. Rayon ictimaiyyəti nümayəndələri və partiya təəssübkeşlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş video çarx nümayiş olunub. Həmçinin tədbirdə Azərbaycan Xalça Muzeyinin "Uşaq muzeyi" şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi də təqdim olunub. Tədbirdə YAP Səbail rayon təşkilatı sədrinin 1-ci müavini Muxtar Nağıyev, sədr müavini Əhliman Qarayev, Tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqova və YAP Xalça Muzeyinin sədri Fuad Rəsul 18 Oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası günü ilə əlaqədar cıxış ediblər. Sonda sentyabrın 26-da keçirilmiş Referendumda xüsusi fəallıq nümayiş etdirən "YAP Xalça Muzeyi" -nin üzvlərinə "Fəxri Fərman"- lar təqdim olundu.