“Gəlin GMO  məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”

Gənc Vətənpərvərlər Birliyi  (GVB)Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun  maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması  ”adlı  layihə çərçivəsində   Bakı şəhər Səbayıl rayon 2 saylı Texniki və humanitar elmlər liseyində birgə 18 oktyabr  Dövlət Müstəqiliyin 25 illyinə həsr olunmuş “Azərbaycan gəncliyi və müstəqilik”  və “Gəlin GMO  məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq “ mövzularında elmi nəzəri praktik konfrans keçirilib.            

Gənc Vətənpərvərlər Birliyi  (GVB)Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun  maliyyə dəstəyi ilə "Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması  "adlı  layihə çərçivəsində   Bakı şəhər Səbayıl rayon 2 saylı Texniki və humanitar elmlər liseyində birgə 18 oktyabr  Dövlət Müstəqiliyin 25 illyinə həsr olunmuş "Azərbaycan gəncliyi və müstəqilik"  və "Gəlin GMO  məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq " mövzularında elmi nəzəri praktik konfrans keçirilib.                                                               

Tədbiri giriş sözü ilə acan  məktəbin dil ədəbiyyat müəlliməsi E.Həziyeva  qeyd etdi ki, Azərbaycan dövləti 2 dəfə müstəqillik  qazanmışdır.  1918-ci il mayın 28-də Azərbaycan  ilk  demokratik  respublika  qurulmuşdur. Lakin xarici müdaxilə, daxili çəkişmələr  üzündən  AXC 23 aydan  sonra süqut etmiş və Azərbaycanda Sovet  hakimiyyəti  qurulmuşdur.Sovet hakimiyyəti dağıldıdan sonra  1991-ci il  18 oktyabrda  dövlət müstəqiliyyinin  elan olunması Azərbaycan  dövlətinin  yeni inkişafının  yeni əsasını qoydu.                                                                              

Layihə üzrə təlimçi Q. Ağalarova  layihənin  bir neçə  mərhələdə icra olunacağından söhbət acdı və qeyd etdi ki, Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm - GMO adlanır.

İndi dünyanın ən inkişaf etmiş ölkələrində (ABŞ, Kanada, Çin, Yaponiya və s.) ərzaq məhsullarının, meyvə və tərəvəzlərin 70%-dən çoxunun tərkibində transgen inqredentlər var deyən Q.Ağalarova növbəti mərhələdə keçirilən  maarifləndirmə tədbirləri çox saylı təkliflərə əsaslanaraq əlaqədar təşkilatlarla davam etdiriləcəklərini bildirdi.

GVB sədri M.Əliyev qeyd etdi ki,Azərbaycanda GMO ilə bağlı maarifləndirmə kampaniyası zəif aparılır, ölkə televiziyalarında, mətbuatda hansı məhsulların tərkibinə qatqıların qatıldığı və ya təhlükəli məhsullarla bağlı sosial çarxlar yoxdur. Baxmayaraq ki, GMO tərkibli məhsullar istehsal edilən ABŞ, Rusiya, Almaniya kimi ölkələrdə sosial çarxlarla insanları təhlükəli məhsullardan çəkindirməyə çalışırlar

Çıxış edən nümayəndələr və müəllimlər  qeyd etdilər ki, geni dəyişdirilmiş modifikasiya olunmuş qida məhsulları (GMO) qida sahəsində dünyanın üzləşdiyi ən böyük problemlərdən biridir. "Gəlin GMO  məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq "Tədbirdə,Azərbaycan Dövlət Pedoqoji Universitetin rektoru C.Cəfərov, Azərbaycan Turizm universitetin rektor əvəzi E.Aslanov, AMEA -n Tarix muzeyin  müdiri  akademik N. Əlihanlı ,Məktəbin dil  ədəbiyyat müəlliməsi E.Həziyeva, İnternet ekspress qəzetinin  baş redktoru V.Əlibəyli ,məktəbin 10 sinif  şagirdi B.İsmayılzadə və digərləri  fəxri diplomlara və təşəkkürnamə ilə layiq görürdülər.                 

Tədbirlər çərçivəsində "Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında qonaqlara və tədbirdə iştirak edən valideyinlərə rəngli buklet və braşuralar paylandı  

Tədbirdə ,Azərbaycan Respublikasının Prezidenti yanında  Gənclər Fondun məsləhətçisi  J.Məmmədova , GVB-n İdarə heyəti ,layihə üzrə təşkilat komitəsinin üzvləri və QHT-nin KİV-n nümayəndələri iştirak ediblər.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31