Şimali Kipr Türk Cümhuriyyətində I Türk dünyası Gənclər Forumu keçirilir

Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girnə şəhərindəI Türk dünyası Gənclər Forumu başlayıb.

Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girnə şəhərindəI Türk dünyası Gənclər Forumu başlayıb.

APA-nın xəbərinə gorə, tədbirə Türkiyə, Azərbaycan, ŞKTC və digər türk cümhuriyyətlərindən rəsmi şəxslər, millət vəkilləri, mətbuat və QHT nümayəndələri qatılıblar.

Türk Birliyi Dayanışma Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirin rəsmi açılışında çıxış edən Makedoniyadan olan millət vəkili Enes İbrahim türk dünyasının problemlərindən, münaqişə ocaqlarından bəhs edib, Qarabağ probleminə diqqət çəkib.

ŞKTC-nın maliyyə naziri Sərdar Denktaş belə tədbirlərin türk dünyasının həmrəyliyi ölkələrin əməkdaşlığının daha da inkişaf etdirilməsi yönündən önəmli olduğunu deyib.

Forum panellərlə davam etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31