Nəsimi və Binəqədi rayonları üzrə səyyar qəbul keçiriləcək

Oktyabrın 21-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə səyyar qəbul keçiriləcək. “OLAYLAR”-ın Bakı Şəhər üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Oktyabrın 21-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə səyyar qəbul keçiriləcək. "OLAYLAR"-ın Bakı Şəhər üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Paytaxtdakı 1 nömrəli tam orta məktəbdə təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq. Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31