Baş İdarə müstəqillik gününə həsr olunmuş tədbir keçirib

Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqillik gününə həsr olunmuş Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Breyn-ring” intellektual oyunu keçirilib.

Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqillik gününə həsr olunmuş Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Breyn-ring" intellektual oyunu keçirilib. "OLAYLAR"-ın Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov ilk öncə məktəbliləri salamlamış onlara bu yarışmada ugurlar arzulayıb. Yarışda 11 komanda iştirak etmişdir. Nəticələrə görə I yerə "Nərimanov" komandası, II yerə "Xətai" komandası, III yerə isə "Binəqədi" komandası layiq görülüb. Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar. Tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənməkdən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31