Mingəçevirdə dini ekstremizmə qarşı mübarizənin yolları müzakirə edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu” mövzusunda konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində "Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu" mövzusunda konfrans keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Mingəçevir şəhər Turizm Kollecinin direktoru Əyyub Əyyubovun açıq elan etdiyi konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, şəhər ictimaiyyəti, şəhərin təhsil və mədəniyyət işçiləri, tələbələr iştirak ediblər. Konfransda "Dini ekstremizmə qarşı mübarizədə dini qurumların rolu" mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən danışıb. Natiq Əfəndiyev məruzəsində dini radikalizmə qarşı mübarizədə dini icmaların rolunun artırılmasının, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınmasında birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb, dini ekstremizmə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib. Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev "Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultural ənənələrin rolu" mövzusunda, Dövlət Təhlükəsizlik Xidmətinin Mingəçevir şəhər şöbəsinin əməkdaşı Camal İsayev "Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili" mövzusunda, Mingəçevir şəhər Heydər məscidi axundunun müavini Bəhruz Əhmədov "Gənclərin tərbiyəsində dinin rolu" mövzusunda çıxışlar ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31