Müstəqillik gününə həsr edilmiş konsert keçirilib
Tərtər rayon Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Tərtər rayon İcra Hakimiyyəti və Tərtər rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə 18 oktyabr-Müstəqillik gününə həsr olunmuş konsert təşkil olunub.
18 Oktyabr 2016 12:21 SosialTərtər rayon Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Tərtər rayon İcra Hakimiyyəti və Tərtər rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə 18 oktyabr-Müstəqillik gününə həsr olunmuş konsert təşkil olunub. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a verilən məlumata görə, konsertdə Bakı şəhərindən qonaq gəlmiş incəsənət ustaları, xalq və əməkdar artistlər iştirak ediblər. Tamaşaçılar Xalq artistləri Simarə İmanovanın, Cəmilə Bayramovanın, Əməkdar artistlər Zakir Əliyevin, Nüşabə Ələsgərlinin, aşıq Solmaz Kosayevanın ifalarını alqışlarla qarşılayıblar. Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı M.Məmmədov tədbir iştirakçılarını 18 oktyabr-Müstəqillik günü münasibəti ilə təbrik edib, Mədəniyyət və Turizm Nazirliyinə və incəsənət ustalarına öz təşəkkürünü bildirib.