UNEC-də “Elm aylığı”
“Ümumdünya Elm Günü” münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı”na start verilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, bununla bağlı, UNEC-də geniş tədbirlər planı təsdiq edilib.
18 Oktyabr 2016 11:53 Sosial"Ümumdünya Elm Günü" münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Elm aylığı"na start verilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, bununla bağlı, UNEC-də geniş tədbirlər planı təsdiq edilib. Plana uyğun olaraq, oktyabr ayının 10-dan etibarən silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Azərbaycanın tanınmış elm xadimləri və iqtisadçılarının da qatılacağı tədbirlərdə elmi seminarlar, dəyirmi masalar keçiriləcək, elmi müzakirələr və xüsusi diskussiyalar təşkil olunacaq. "Elm aylığı"nda "Elmin insan inkişafında rolu", "Elmi tədqiqatlarda İKT-nin rolu", "Elm və təhsil vəhdətinin yeni dizaynı", "UNEC-də elmi və pedoqoji kadrların hazırlığı məsələləri" və digər mövzuda müzakirələr aparılacaq. UNEC-də "Elm aylığı" çərçivəsində fakültələrdə tematik dəyirmi masalar təşkil ediləcək, eyni zamanda iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında silsilə məruzələr dinləniləcək.