Veloyürüş təşkil olunacaq
İRƏLİ” İctimai Birliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının və Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının təşkilatı dəstəyi ilə Velo yürüş təşkil edəcək. İctimai Birlikdən “OLAYLAR”-a verilən məlumata görə, “İRƏLİ” İctimai Birliyi, gənclər üçün faydalı olan velo yürüşü bu il də, Azərbaycanın şöhrətli günlərindən hesab olunan Müstəqillik gününə həsr edəcək. Velo yürüş 23 oktyabr saat 11:00-da baş tutacaq. “Azərbaycan Dövlət Müstəqilliyi Günü” Velo yürüşü Bayraq meydanında start götürəcək və Heydər Əliyev Mərkəzində başa çatacaq.
17 Oktyabr 2016 18:13 SosialİRƏLİ" İctimai Birliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının və Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının təşkilatı dəstəyi ilə Velo yürüş təşkil edəcək. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, "İRƏLİ" İctimai Birliyi, gənclər üçün faydalı olan velo yürüşü bu il də, Azərbaycanın şöhrətli günlərindən hesab olunan Müstəqillik gününə həsr edəcək. Velo yürüş 23 oktyabr saat 11:00-da baş tutacaq. "Azərbaycan Dövlət Müstəqilliyi Günü" Velo yürüşü Bayraq meydanında start götürəcək və Heydər Əliyev Mərkəzində başa çatacaq.