Leysan yağışları İsmayıllıda yolları dağıdıb, 10-dan çox kəndlə əlaqə kəsilib
Oktyabrın 16-17-də İsmayıllı rayonu ərazisinə yağan güclü leysan yağışları ciddi fəsadlar törədib.
17 Oktyabr 2016 17:56 SosialOktyabrın 16-17-də İsmayıllı rayonu ərazisinə yağan güclü leysan yağışları ciddi fəsadlar törədib.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a deyiblər ki, intensiv yağan yağışlar Sulut, Mücü, Cəfələ çaylarında suyun səviyyəsini həddindən çox artırıb, nəticədə bir sıra kənd yolları dağılıb. Yolların dağılması və sürüşmə səbəbindən 10-dan çox kəndlə əlaqə kəsilib.
Qalacıq çayına gələn sel çayın kənarlarının yuyulmasına səbəb olub, nəticədə təhlükəli vəziyyət yaranıb.
Hazırda leysan yağışlarının vurduğu ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31