İlin əvvəlindən avtobus və taksi ilə daşınan sərnişinlərin sayı açıqlanıb
Cari ilin 9 ayı ərzində ölkənin nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 104,9 mln. ton yük, 1245,3 mln. sərnişin daşınıb.
17 Oktyabr 2016 17:53 SosialCari ilin 9 ayı ərzində ölkənin nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 104,9 mln. ton yük, 1245,3 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artımdan xəbər verir.
Sərnişinlərin 96,2%-i və ya 1 mlrd. 197 mln. 979 min nəfəri avtobus, 3,8%-i və ya 47 mln. 321 min nəfəri isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31