Amerika mətbuatı Azərbaycan haqqında yazdı
Los-Ancelesdə nəşr olunan nüfuzlu “Jewish Journal” yəhudi qəzetində Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayevin “Müstəqilliyin mübarək, Azərbaycan!” adlı məqaləsi dərc edilib.
17 Oktyabr 2016 16:14 SosialLos-Ancelesdə nəşr olunan nüfuzlu "Jewish Journal" yəhudi qəzetində Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayevin "Müstəqilliyin mübarək, Azərbaycan!" adlı məqaləsi dərc edilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, məqalədə Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə etdiyi uğurlardan bəhs olunub. Müəllif məqalədə ölkəmizin müstəqillik tarixindən bəhs edib, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. O vurğulayıb ki, Azərbaycan illərdir erməni təcavüzünə məruz qalır və ölkəmizdə 1 milyondan artıq qaçqın var. Milix Yevdayev Azərbaycanda mövcud olan yüksək multikultural dəyərlər və tolerant mühitin digər ölkələrə də nümunə ola biləcəyini qeyd edib. Məqalədə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsi olaraq, Azərbaycanın ev sahibliyi etdiyi bir sıra nüfuzlu tədbirlərdən və beynəlxalq arenada uğurla təmsil olunmasından bəhs olunub.