Los-Ancelesdə Azərbaycanın multikultural ənənələrindən danışılıb

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə müxtəlif xristian dini icmaların rəhbərlərinin iştirakı ilə tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Koreya, Çin və digər Asiya mənşəli icmalara, həmçinin Latino icmasına məxsus kilsələrin rəhbərləri, din xadimləri, müxtəlif xristian təşkilatların liderləri və KİV təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə müxtəlif xristian dini icmaların rəhbərlərinin iştirakı ilə tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Koreya, Çin və digər Asiya mənşəli icmalara, həmçinin Latino icmasına məxsus kilsələrin rəhbərləri, din xadimləri, müxtəlif xristian təşkilatların liderləri və KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə baş konsul Nəsimi Ağayev çıxış edərək xristianlığın ölkəmizdəki qədim tarixi barədə məlumat verib. O, bu gün Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər, eləcə də digər etiqad daşıyıcıları arasında mövcud olan qardaşlıq münasibətlərindən danışıb. Baş konsul Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb. O, Ermənistanın törətdiyi cinayətlərə dair konkret faktlardan bəhs edib. N.Ağayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsla dini xarakter daşımadığını, yalnız və yalnız Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları nəticəsində meydana gəldiyini vurğulayıb. Sonra ABŞ-ın Koreya icmasının rəhbərlərindən biri Heypin İm çıxış edərək Azərbaycanın dinlərarası münasibətlər və multikulturalizm sahəsindəki uğurları ilə bağlı fikirlərini bölüşüb. O, bu il keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini bildirib, bu tədbirdə Azərbaycan modeli ilə birbaşa tanış olmaq fürsəti qazandığını vurğulayıb. Qeyd edib ki, əhalisinin 95 faizi müsəlmanlardan ibarət olan Azərbaycan beynəlxalq sülh üçün açar rolunu oynayır. Tədbirdə, həmçinin Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Tolerantlıq diyarı Azərbaycan" filmi nümayiş olunub. Sonda həm Asiya, həm də Latino icmalarının din xadimləri tərəfindən Azərbaycanın tolerant və multikultural dəyərlərə sadiq bir dövlət kimi daha da güclənməsi, çiçəklənməsi üçün dualar oxunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31