AzTU-da Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU-da Dövlət Müstəqillik Günü qeyd olunub. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi Xalıq Yahudov bu günün tarixi haqqında məlumat verərək dövlət müstəqilliyimizin keçdiyi yola diqqət çəkib.

AzTU-da Dövlət Müstəqillik Günü qeyd olunub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi Xalıq Yahudov bu günün tarixi haqqında məlumat verərək dövlət müstəqilliyimizin keçdiyi yola diqqət çəkib. Xalıq Yahudov bildirib ki, Azərbaycan qədim dövlətçilik ənənələrinə malikdir. Bu dövlətçilik ənənələrinin məntiqi davamı olaraq 98 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olub. Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparıb. Lakin məlum səbəblərdən Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm rol oynayan cümhuriyyətin ömrü çox qısa olub. 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa olunub. AzTU-nun İctimai fənlər kafedrasının müdiri Şikar Qasımov isə çıxışında dövlət müstəqilliyimizin sarsılmaz köklərə dayandığını qeyd edib. Ulu Öndərin zamanında imzalanan atəşkəs müqaviləsini böyük siyasi çeviklik olduğunu deyən Şikar Qasımov müstəqil Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün hər an gücünə güc qatdığını vurğulayıb. Çıxışlarda qeyd edilib ki, Azərbaycanın bugünkü inkişaf yolu məhz o vaxtlar Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31