Milli Məclis deputatlarının yaşı açıqlanıb

Azərbaycan Mili Məclisində olan deputatlardan 15 nəfərinin yetmişdən çox yaşı var. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 70 və daha yuxarı yaşda olan deputatlardan 14-ü kişilərdir.

Azərbaycan Mili Məclisində olan deputatlardan 15 nəfərinin yetmişdən çox yaşı var.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 70 və daha yuxarı yaşda olan deputatlardan 14-ü kişilərdir.

19 deputat isə 65-69 yaş arasındadır. Bu yaşda olan deputatlardan 18-i kişilərdir.

16 deputat 60-64 yaşlarındadır ki, onlardan 2-si qadındır.

17 deputat 55-59, 20 deputat 50-54, 16 deputat isə 45-49 yaşlarındadır.

Parlamentdə 25-29 yaşlarında deputat yoxdur. 30-34 yaşlarında 3, 35-39 yaşlarında 9, 40-44 yaşlarında isə cəmi 10 deputat var.

Qeyd edək ki, parlamentdə olan deputatların 16,8 faizi qadın, 83,2 faizi kişilərdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31