Zori Balayanın alçaqlığı ifşa olunmalıdı, sonra gec olacaq
Zaman o zamandı ki, vətənpərvərlik günümüzün ən aktual mövzusuna çevrilib. Müharibə şəraitində olan bir ölkədə bundan qaçmaq mümkün deyil. Hər kəs çalışdığı sahədə bu məsələni qabartmalı, gənclərin qəhrəmanlıq ruhunu oyatmalıdı. Ordu sıralarından tutmuş uşaq bağçalarına, məktəblərə, mədəniyyət ocaqlarına, siyasi qurumlara qədər hər yerdə vətənpərvərlik ruhu, qəhrəmanlıq əhval-ruhiyyəsi artırılmalıdı.
17 Oktyabr 2016 18:00 SosialZaman o zamandı ki, vətənpərvərlik günümüzün ən aktual mövzusuna çevrilib. Müharibə şəraitində olan bir ölkədə bundan qaçmaq mümkün deyil. Hər kəs çalışdığı sahədə bu məsələni qabartmalı, gənclərin qəhrəmanlıq ruhunu oyatmalıdı. Ordu sıralarından tutmuş uşaq bağçalarına, məktəblərə, mədəniyyət ocaqlarına, siyasi qurumlara qədər hər yerdə vətənpərvərlik ruhu, qəhrəmanlıq əhval-ruhiyyəsi artırılmalıdı.
Bu məsələdə filmlərin təsiri olduqca qabarıqdı. Gənc vətənpərvərlərin qəhrəman obrazının yaradılması, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrinin bədii və sənədli kino dili ilə canlandırılması insanlarda həm torpaq sevgisini artırır, həm də vətənpərvərlik hisslərini gücləndirir. Vətənpərvərlik mövzusunda çəkilmiş filmlərin kino-teatrlarda, eləcə də televiziya ekranlarında yayılanması bu günün vacib məsələsidir.
Amma çox təəssüf ki, bu mövzuda televiziya ekranlarında ən yaxşı halda həftədə, ya da iki həftədə bir dəfə yarım saatlıq veriliş yayımlanır. Filmlərə gəlincə isə hər il işğal olunmuş torpaqlarımızın ildönümü ərərfəsində, yaxud da matəm günlərində hansısa müharibə kinosu göstərilir. Və bununla da sanki, iş bitir. Halbuki Azərbaycan kinematoqrafçılarının çox gözəl filmləri var. İstər 1940-cı illərdən sonra, istərsə də son iyirmi ildə çəkilmiş filmlərdə müharibə mövzusu, onun aktuallığı, qəhrəmanların obrazı kino dili ilə tamaşaçıya çatdırılıb.
Kino həyatın bədii formada əksidir. Müharibədən bəhs edən filmlərdə isə bu mövzu bir qədər ağrılı olsa da, bizim kimi müharibə şəraitində olan, torpaqlarının 20 faizi erməni işğalında inləyən ölkənin vətəndaşlarının vətənpərvərlik hisslərinə böyük təsir edir. Orta və gənc nəsil "Babək", "Dədə Qorqud", son illərin gözəl ekran əsəri olan "Cavad xan"la böyüyüb. Bu filmlər tamaşaçıya torpağa bağlılığı, vətəni necə sevməyi təlqin edir. "Babək" filmi vaxtilə hərbi hissələrdə nümayiş etdirilirdi. Bu o deməkdir ki, vətəni sözlə sevmək olmaz, insanı söz-söhbətlə vətənpərvər etmək mümkün deyil. Vətən sevgisi əməldə təsdiq olunur, vətənpərvərlik duyğuları bu cür filmlərlə güclənir. Bunun da əsasını ssenarist və rejissor qoyur. Əgər ssenarini yazan və onun ekran taleyini həll edən bu iki şəxs həqiqi vətənpərvərdirsə, yaşadığı məmləkəti gerçəkdən sevirsə, ortaya qoyulan ekran əsərinin təsiri də güclü olacaq.
Mütləq deyil ki, nümayiş olunan filmdə müharibə səhnələri üstünlük təşkil etsin. 1957-ci ildə rus rejissoru Mixail Kalatozovun çəkdiyi "Durnalar uçur" kinosu zamanında sovet adamlarının sevə-sevə baxdığı film idi. Baş rollarda Tatyana Samoylova və Aleksey Batalovun oynadığı bu film müharibə mövzusunda çəkilmiş ən yaxşı ekran əsərlərindən biridi. Filmin maraqlı və tərəfi ondadır ki, hadisələr müharibə illərini əhatə etsə də, müəlliflər burada bir dənə də olsun müharibə səhnəsi çəkməyiblər. Amma müharibənin törətdiyi faciələri, yarımçıq sevgini çox peşəkarlıqla ekranranlaşdırıblar.
Azərbaycanda vətənpərvərlik mövzusuna və Qarabağ müharibəsinə həsr olunmuş keyfiyyətli filmlər var. "Bu gün müharibə fonunda yaşananların, qəhrəmanlığı özündə əks etdirən hadisələrin ekranlaşdırılması yox dərəcəsindədir" demək də insafsızlıq olardı. Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi xüsusi müsabiqələr var ki, məhz bu mövzuda çəkiləcək filmlərə həsr olunub. Bilavasitə nazirliyin dəstəyi ilə hər il vətənpərvərlik və müharibə mövzusunda bədii, sənədli, qısa və tammetrajlı filmlər çəkilir. Amma bu, o demək deyil ki, Azərbaycan kinosu yalnız dövlət hesabına ekranlaşdırılmalıdı. Təbii ki, özəl imkanlar hesabına
ekranlarda nümayiş olunan filmlər də var ki, bunlarda da qəhrəmanlıq motivləri güclü əks olunub.
1993-cü ildə ilk dəfə Qarabağ müharibəsindən bəhs edən "Fəryad" filmini mərhum Ceyhun Mirzəyevin çəkdi. Elə həmin il daha iki ekran əsəri tamaşaçıların ixtiyarına verildi: "Haray" və "Laçın dəhlizi". Bundan sonra müxtəlif illərdə ardıcıl olaraq müharibə mövzusunda, vətənpərvərlik və qəhrəmanlıq duyğuları ilə zəngin olan filmlər ekranlaşdırıldı. "Ağ atlı oğlan", "Ümid", "Sarı gəlin", "Girov", "Arxada qalmış gələcək", "Yalan", "Biz qayıdacağıq", "Günaydın, mələyim", "Qala", "Bir addım", "Yaddaş", "Yol", "Dolu", "Xoca", "Mən evə qayıdıram", "Nabat", "Qanlı yanvar" filmləri Qarabağ müharibəsində heç nəyə baxmayaraq vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir.
Bu filmlərdən ən çox nümayiş olunan "Ağ atlı oğlan", "Dolu", "Xoca" və "Qanlı yanvar" filmləridi. Hətta sonuncu üç film xarici ölkələrin ekranlarında da nümayiş olunub. Amma yaxşı olardı ki, sadaladığım digər filmlər də Azərbaycan televiziyalarında davamlı olaraq nümayiş olunaydı. Heç olmasa şou proqramlara ayrılan vaxtın yarısını bu filmlərin yayımına ayıraydılar.
Vətənpərvərlik elə mövzudur ki, heç vaxt bitib-tükənmir. Onu təkcə bədii ədəbiyyatda deyil, həm də ekran əsərlərində əbədiləşdirmək lazımdı. Daşnak Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".
Bizim yazarlar Balayanın bu etirafını ekranlaşdırmaq üçün ssenari yaza bilərlər, daha doğrusu, gecikmədən yazmalıdırlar, sonra gec olacaq. Çəkilən film dünya ictimaiyyətinə göstərilməli, Balayan ifşa edilməlidir. O zaman erməniləri müdafiə edən avropalılar onun necə əclaf və alçaq bir adam olduğunu anlayacaqlar. Təkcə bu fakt ermənilərin dünyada özlərini yazıq kimi göstərməklərinin yalan olduğunu, əksinə vəhşi və cəllad olduqlarını təsdiqləyir. Məncə, artıq vaxtdır. Ssenaristlər və rejissorlar düşünüb-daşınımalıdırlar. Şübhəsiz ki, belə bir ideyanın həyata keçirilməsində dövlət də öz maliyyə dəstəyini əsirgəməyəcək.
Sirr deyil ki, ermənilər kino sahəsində elə də güclü deyillər, ideya sarıdan da kasaddırlar. Bir neçə il əvvəl türk rejissoru Fatih Akına müraciət ediblər ki, erməni soyqırımı haqqında film çəksin. Bunun üçün rejissora külli miqdarda maliyyə vəsaiti ayırmaqdan da çəkinməyiblər. Maraqlı taktikadır. Özlərinin təsirli effekt verə biləcək işi ortaya qoya bilmədiklərini anladıqları üçün bu üsula əl atıblar. Türkün əli ilə türkün "erməni soyqırımı törətdiyini" göstərəcəklər.
Yuxarıda sadaladığım Azərbaycan filmləri real hadisələr üzərində qurulan səhnə əsərləridi. Hələ torpaqlarımızla bağlı problemimiz həll olunmayıb, Qarabağ düyünü çözülməyib. Ona görə də çoxlu filmlərin çəkilməsinə ehtiyac var. Təbii ki, qələbədən sonra filmlər çəkiləcək. Amma bu gün insanlarda Qarabağ dərdini unutdurmayacaq, vətənpərvərlik hisslərini gücləndirəcək filmlər
hər gün ekranlarda yayımlanmalıdır. Məsələn, "Dolu" filmi azərbaycanlı oğulların qəhərəmanlığının sübutudur. "Fəryad" və "Xoca" filmlərində döyüş səhnələri ön plandadır. Filmin yaradıcıları demək istəyiblər ki, Azərbaycan xalqı qorxaq deyil, əksinə onlarda döyüş ruhu çox güclüdü, vətən, xalq yolunda ölümə getməkdən çəkinmirlər.
"Fəryad" ona görə baxımlıdır ki, tamaşaçı bu filmi izləyəndə hadisələrin qondarma, ssenarist uydurması deyil, real həyat hadisəsi olduğunu görür. Xocalı faciəsi zamanı yüzlərlə sakinin erməni əsirliyində başına gələnlər bu filmdə əks olunub. Ona görə filmə baxanda hər kəsin ürəyi erməniyə nifrətlə döyünür, həyəcanlanır, ağlayır. "Xoca" və Qanlı yanvar" filmlərində də real faktlar bədii dildə öz əksini tapıb.
Doğrudur bu gün Azərbaycanda Qarabağ mövzusunda çəkilmiş yüksək səviyyəli, "Oskar" mükafatına təqdim olunacaq, sənətin zirvəsində dayanan film yoxdu. Amma dayanmaq olmaz. Torpaqlarımızda müharibə gedir. Ona görə də əsgərlərdə, gənclərdə ruh yüksəkliyi yaradan, vətənpərvərlik və qəhrəmanlıq hissini özündə əks etdirən filmlər istehsal olunmalıdı. Televiziya kanallarında heç bir tərbiyəvi əhəmiyyəti olmayan, ucuz məişət xarakterli yerli seriallara üstünlük verilməməlidir. Vətənpərvərliyi, müharibəni, qəhrəmanlığı özündə əks etdirən mövzular yazılmalı, rejissorlar ona ekran həyatı verməlidirlər. Xüsusilə də Azərbaycanın Milli Qəhrəmanları haqqında filmlər ekranlarda tez-tez görünməlidi.
Türk rejissoru Gökalp Yamen "Qarabağ-Turan" adlı 18 dəqiqəlik qısa film çəkib. Mübariz İbrahimovun qəhrəmanlığı əks olunan bu filmdə Qarabağ müharibəsindən bəhs edilir. Filmin çəkilməsində məqsəd Qarabağ həqiqətlərini türk tamaşaçısına çatdırmaq olub. "Sakarya Fırat" filmində də Murad adlı türk əsgəri Mübariz İbrahimovun təkbaşına sərhədi keçərək 45 nəfər mənfur ermən hərbçisini öldürdüyünü mehmetciklərə danışır.
Bunlar bizim üçün qürurveric faktlardı. Mübariz İbrahimov Azərbaycan xalqının hələlik sonuncu əfsanəsidi. Doğrudu bir neçə il əvvəl onun haqqında sənədli film çəkilib. Amma Milli Qəhrəmana layiq ola biləcək yüksək səviyyəli, bədii gücü olan, sanballı film çəkilməlidir. İnanmaq istəyirəm ki, QƏHRƏMAN haqqında yüksək səviyyəli ekran əsərini izləmək yaxın zamanlarda tamaşaçılara qismət olacaq.
Züleyxa Nadir
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur.