Məktəblilərin ekskursiyası təşkil edilib
M.Ə.Rəsulzadə bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə 18 oktyabr “Müstəqillik günü” ilə əlaqədar olaraq qəsəbə ərazisində yerləşən 99, 100, 143 saylı məktəblərin şagirdlərinin “İstiqlal” muzeyinə ekskursiyası təşkil olunub.
17 Oktyabr 2016 12:56 SosialM.Ə.Rəsulzadə bələdiyyəsinin "İctimai-humanitar" sektorunun təşkilatçılığı ilə 18 oktyabr "Müstəqillik günü" ilə əlaqədar olaraq qəsəbə ərazisində yerləşən 99, 100, 143 saylı məktəblərin şagirdlərinin "İstiqlal" muzeyinə ekskursiyası təşkil olunub. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli Sosial Məsələlər daimi komisiyyasının sədri Günel Vahabzadə, bələdiyyə üzvləri, məktəblilər iştirak edib. Ekskursiya zamanı məktəblilər muzeydə ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizənin mərhələləri və mədəni-tarixi həyatındakı mühüm hadisələrlə yaxından tanış olublar. Muzeyə daxil olarkən məktəblilərə Azərbaycanın 25 illik müstəqillik tarixini əks etdirən video-çarx nümayiş etdirilib. Muzeyin ekspozisiyası 6 zalda yerləşdirilib. Muzeylə tanışlıqdan sonra bələdiyyənin sədr müavini muzeylə bağlı öz təəsüratlarını xatirə kitabında qeyd edərək təşəkkürünü bildirib.